Ərdoğanın müavini Azərbaycana şərt qoydu

Ərdoğanın müavini 9.11.2013Haluk İpək: “Azərbaycan öz qərbyönümlü inkişaf xəttindən imtina etməməlidir”\r\n“Azərbaycan özünün böyük lideri Heydər Əliyevin göstərdiyi yolla getməlidir. Mən yaxşı xatırlayıram ki, Azərbaycan neftini Türkiyəyə nəql etməli olan Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsi məsələsində Heydər Əliyevə də güclü təzyiqlər var idi. Amma o, heç nəyə baxmadan öz fikrinin üstündə dayandı və bu ideyanı həyata keçirdi”.\r\nBunu virtualaz.org saytının müxbiri ilə söhbətində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Haluk İpək deyib.\r\nAKP sədri Rəcəb Tayyib Ərdoğanın müavini fikirlərini belə izah edib: “Demək istəyirəm ki, Azərbaycan özünün qərbyönümlü inkişaf xəttindən imtina etməməlidir. Bu kursdan imtina etmək onun maraqlarına uyğun deyil. Təzyiqlərə gəlincə isə bunu demək istəyirəm: bu təzyiqlərin haradan gəlməsindən asılı olmayaraq Azərbaycan bunu birdəfəlik bilməlidir ki, Türkiyə onu həmişə dəstəkləyəcək. Bu, təkcə bizim partiyanın yox, Türkiyənin bütün 70 milyonluq xalqının mövqeyidir. Çünki biz Azərbaycanın inkişafını və çiçəklənməsini öz tərəqqimiz və uğurumuz kimi qəbul edirik”.\r\nH.İpək “Rusiyanın Azərbaycanı Gömrük İttifaqına və Putinin digər layihələrinə cəlb etmək məqsədilə rəsmi Bakıya təzyiq göstərməsi məsələsinə necə baxırsınız” sualına cavabında az öncə dediklərini bir daha təkrarladı: “Azərbaycan öz qərbyönümlü siyasi kursunu əsla dəyişməməlidir”.\r\nAKP sədrinin müavini Türkiyə mətbuatının Azərbaycanın bu ölkəyə qaz ixracında hər il 600 milyon dollar güzəştə getməsi barədə yaydığı məlumatlara da münasibət bildirdi.\r\nH.İpək bunları dedi: “Azərbaycanla Türkiyə arasında çox gözəl və mehriban qardaşlıq münasibətləri var. Bu əlaqələr o cümlədən enerji sahəsində var. Biz bütün məsələlərdə bir-birimizə dəstək veririrk. Məncə, bu güzəşt məsələsini ön plana çıxarıb qabartmaq o qədər də düzgün addım deyil. Qardaşlıq və dostluq pulla ölçülmür. Bizim münasibətlərimiz indi elə bir səviyyəyə gəlib çatıb ki, istənilən məsələni çox açıq və səmimi şəkildə müzakirə edə bilərik. Ona görə də “kim kimə nə qədər borcludur”, “Azərbaycan qazı Türkiyəyə niyə ucuz satır” kimi məsələləri yazıb qabartmaq düzgün deyil. Üstəlik, nəzərə alınmalıdır ki, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gündən sonra Türkiyəyə gələcək. Onun rəsmi səfəri çərçivəsində bizim qarşılıqlı münasibətlərimizə dair bütün məsələlərin müzakirəsi gözlənilir”.\r\nQeyd edək ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi türk isteblişmentinin son günlər ən çox müzakirə etdiyi mövzulardandır. Ərdoğanın müavini bu məsələni də virtualaz.org-a şərh etdi.\r\nH.İpək bu mövzuda aşağıdakıları söylədi: “Türkiyənin bu məsələdəki mövqeyi dəyişməyib. Biz Ermənistanla sərhədləri açmağa yalnız bir şərtlə – Qarabağın azad olunması şərti ilə hazırıq”.\r\nAKP sədrinin müavini bununla bağlı daha bir məqamı xatırlatdı: “Bizim sərhəd məsələsi ilə bağlı şərtimizin dəyişmədiyini Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bu günlərdə bəyan etdi. Türkiyə bütün qonşuları ilə, o cümlədən də Ermənistanla dinc və mehriban münasibətlər qurmağa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin Ermənistan da bizim şərtlərimizə hörmətlə yanaşmalıdır. Özü də biz Ermənistandan nəsə qeyri-mümkün, fövqəladə bir şey tələb etmirik. Biz sadəcə olaraq onu tələb edirik ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etsin. Həmin qətnamələrdə isə açıq-aydın yazılıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Ermənistan bu şərtə əməl etməyənə qədər Türkiyə bu ölkə ilə sərhədi açmayacaq. Bunu prezident Abdulla Gül də, baş nazir Rəcəb Tayyib Ərdoğan da dəfələlərə bəyan ediblər. Azərbaycan bu barədə arxayın ola bilər”.\r\n\r\nMənbə\r\nANS PRESS

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory