Türkiyənin Eskişehir şəhərində yaşayan azərbaycanlılar vilayətin valisi ilə görüşmüşlər

Türkiyənin Eskişehir 13.11.2013İstanbul, 13 noyabr (AzərTAc). Türkiyənin Eskişehir şəhərində yaşayan azərbaycanlılar vali Güngör Azim Tuna ilə görüşmüşlər.\r\nEskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi görüşdə Anadolu və Osman Qazi universitetlərində işləyən azərbaycanlı müəllimlər və burada təhsil alan tələbələr iştirak etmişlər.\r\nDərnəyin rəhbəri Cavid Aydın 2013-cü ildə Türk Dünyası Mədəniyyət Paytaxtı olan Eskişehirdə bu çərçivədə keçirilmiş bütün tədbirlərdə Azərbaycandan gələn alimlər, yazıçılar, iqtisadçılar və incəsənət xadimlərinin fəal iştirak etdiklərini diqqətə çatdırmışdır. Yaxın günlərdə keçiriləcək Məhəmməd Təqi Zəhtabinin həyat və yaradıcılığına həsr olunmuş konfransda da azərbaycanlı alimlər məruzələr təqdim edəcəklər.\r\nVali G.A.Tuna bildirmişdir ki, Eskişehir türk dünyası mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi etmiş və Azərbaycan bu tədbirlərdə ən çox fərqlənən ölkələrdən biri olmuşdur.\r\nGörüşdə Eskişehirin mərkəzindəki Odunpazarı rayonunda Azərbaycan Mədəniyyət Evinin yaradılması ilə bağlı layihə də müzakirə olunmuşdur.\r\n\r\nOqtay Bayramov\r\n AzərTAc-ın xüsusi müxbiri\r\n İstanbul

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 148
  • 108
  • 1,009
  • 4,836
ILK-10 Azeri Website Directory