QURUCULUQ DALĞASININ ZƏFƏRİ

Gəncə şəhəri tarixinin ən möhtəşəm və əsrlər boyu yadda qalacaq günlərindən birini- 21 yanvar 2012-ci ili yaşadı və həmin tarix əbədiləşdi. 21 yanvar 2012-ci il Gəncə tarixində ona görə əlamətdardır ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Gəncəyə növbəti səfəri oldu. Bu səfərin yadda qalması ondan ibarətdir ki, son 11 ayda Gəncə şəhəri quruculuq tarixinin əlamətdar günlərini yaşamış, qədimliyini qoruyaraq müasir şəhərsalma standartlarına cavab verən möhtəşəm işlərini gerçəkləşdirmişdir.\r\nGəncə də, gəncəlilər də, xüsusən şəhər rəhbərliyi də imtahan verdilər və bu imtahandan alnıaçıq, üzüağ çıxdılar. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev intizarla gözlənilən qiymətini verdi: “Bilirsiniz ki, mən Gəncədə dəfələrlə olmuşam. Gəncəni tanımaq mümkün deyildir”.\r\nBu, şəhər icra hakimiyyəti başçısının 11 ayda həyata keçirdiyi möhtəşəm quruculuq işlərinə verilən yüksək qiymətdir.\r\nEtiraf edək ki, 11 ay bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı quruculuq planlarını açıqladıqca çoxlarına qəribə gəlirdi. Qısa zamanda bu qədər işin öhdəsindən gəlmək olarmı? Bu gün isə şəhər icra hakimiyyəti başçısının 11 ay əvvəl irəli sürdüyü layihələrin tamamilə həyata keçdiyinin şahidiyik. Odur ki, Gəncənin bayramının da, zəfərinin də nə qədər qanunauyğun olduğunu etiraf etmək hər kəsin vəzifəsidir.\r\nGəncə abidələrinin bugünkü görkəmi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Gəncəyə qayğısının reallaşmasıdır. Bu gün Gəncə abidələrinin “söylədikləri” şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən Prezidentin tapşırıqlarını operativ surətdə yerinə yetirilməsinin mükəmməl nümunəsi, gəncəliləri böyük quruculuq işlərinə cəlb edə bilmək qabiliyyətinin təsdiqidir.\r\nGəncə şəhərinin çox böyük elmi potensialı vardır. Əslində Gəncə şəhəri ziyalılar şəhəridir. Gəncədə 3000 nəfərdən artıq elmi işçi var. Gəncə Şəhər İcra Hakimiyyətinin iş üslubunun spesifik xüsusiyyəti ondan ibarətdir ki, icra başçısı və ziyalılar birliyi yaranmışdır.\r\nÜmummilli lider Heydər Əliyev Gəncəni sevir və ona daim qayğı göstərirdi. “Biz hamımız-harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik”-deyirdi.\r\nPrezident İlham Əliyevin dəfələrlə Gəncəyə etdiyi səfərlər şəhərin həyatında mühüm dəyişikliklərin əldə olunması ilə yadda qalmışdır. Dövlət başçısı Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə etmişdir. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun qəbul olunmuşdur. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncənin memarlıq ansambılına şəhərin qədimliyini nəzərə çarpdıran monumentalizm ünsürlərinin əlavə edilməsi təqdirəlayiqdir. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun preizdenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi-memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülmüşdür.\r\nUlu öndərdən sonra Prezident İlham Əliyevin Gəncəyə qayğısının yeni mərhələsi başlandı. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin kursunun varisi olduğunu yalnız siyasi hakimiyyətdə deyil, Gəncəyə məhəbbətdə də daima nümayiş etdirir. Prezident İlham Əliyevin dəfələrlə Gəncəyə etdiyi səfərlər şəhərin həyatında mühüm dəyişikliklərin əldə olunması ilə yadda qalmışdır.\r\nGəncə Azərbaycanda dövlətə, dövlətçiliyə və Prezidentə məhəbbətin mərkəz şəhəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfərləri şəhərimizin yeni inkişaf strategiyasını müəyyən edir. Hər səfərdən sonra Gəncədə quruculuq işləri yeni vüsət alır.\r\nGəncədə mənəvi dəyərlər dirçəldilir, tarixliyi saxlanılmaqla yenidən qurulur. Nizamiləşən, Cavadxanlaşan Gəncədə Prezidentin tapşırıqları və Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının yorulmaz əməyi nəticəsində tariximizin dünəni, bu günü gələcəyə doğru inamla addımlayır.\r\nÜmummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanan səfərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Filormaniyasının təməlini qoydu. Bu, Azərbaycanda analoqu olmayan bir mədəniyyət abidəsi olacaqdır.\r\nDahi Nizaminin vətəni olan Gəncədə böyük mütəfəkkirin məqbərəsinin yenidən qurulması son illərdə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsidir. Prezident İlham Əliyevin ötən ilin dekabrında Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Məhz bu sərəncam Nizami yaradıcılığının daha mükəmməl tədqiqinə stimul verərək şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımdır.\r\nBir neçə kəlmə “Xəmsə” abidə kompleksi haqqında. Əvvəllər kompleks adlanan abidə dar bir ərazidə yerləşirdi. Əslində ona kompleks demək mümkün deyildi. Gəncədə quruculuq dalğası şəhərimizi nizamiləşdirdiyi kimi, qeyd olunan mədəniyyət abidəsini də komplektləşdirdi. Həmin tədbirlər Nizami Gəncəvinin bu torpağın oğlu olduğunu, onun sahibinin, varisinin olduğunu da isbatladı. Eyni zamanda Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan olan “Xəmsə” abidə kompleksi də dövlətimizin başçısının Nizami yaradıcılığına verdiyi önəmi bir daha təsdiqləyir.\r\nGəncədə “Zəfər tağı” və Heydər Əliyev Mərkəzi inşa ediləcəkdir. Prezident İlham Əliyev Gəncədə Dövlət Bayrağını qaldırdı.\r\nAzərbaycan Prezidenti İlham Əliyev Gəncədəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış oldu.\r\nOrta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan bu kompleks Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşmişdir. “İmamzadə” əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilmişdir. Bu dini mərkəz Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.\r\nBöyük quruculuq dalğası, mübaliğəsiz demək olar ki, şəhərin bütün sahələrini əhatə etdi. Ticarət obyektlərinin, obyektləri gizlətmək üçün yaradılan “yaşıllıqlar”ın əsir aldığı abidələr “azad” edildi. Şəhərin eyniadlı parkında mütəfəkkir Nəriman Nərimanovun barelyefi belə “əsirlərdən” idi. Öz adını daşıyan parkda mütəfəkkirin barelyefi görünməz olmuşdu. Sanki obyektlər deyil, Nəriman Nərimanovun baralyefi orada “kirayəçi” idi. Həqiqətdə adından başqa N. Nərimanova aid orada heç bir şey yox idi.\r\nİnternet dünyası da gəncələşmişdir, nizamiləşmişdir, cavadxanlaşmışdır. Etiraf etməliyik ki, bütün dillərdə Gəncə adı, orada son 11 aydakı quruculuq işləri haqqında məlumat bolluğu yaranmışdır. Bütün bunlar Gəncənin tarixində görünməmiş bir zəfəridir.\r\n

Həsənbala SADIQOV,\r\n Gəncə Dövlət Universitetinin professoru.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory