Yaşıllıqların mühafizəsi gücləndirilir

Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi müzakirə olunub.\r\nKomitənin sədri Eldar İbrahimov qanun layihəsinin vacibliyinə diqqət çəkib. Daha sonra Milli Məclis Aparatının aqrar qanunvericlik sektorunun müdiri Şahmərdan Kərimov qanun layihəsi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) qeydiyyatı, mühafizəsi, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyir.\r\nQanun layihəsində qeyd olunub ki, dövlət mülkiyyətində olan yaşıllıqların idarə olunmasını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə mülkiyyətində olan yaşıllıqlarda isə bələdiyyələr həyata keçirirlər. Yaşıllıqların inkişafı və mühafizəsində iştirak etmək ölkə əhalisinin ümumi borcudur. Yaşıllıqların mühafizə sahəsində fiziki şəxslərin əsas vəzifələri isə yaşıllıqların zibillənməyə, kimyəvi və toksiki maddələr, heyvandarlıq tullantıları, sənaye və məişət qalıqları, neft məhsulları ilə çirklənməyə yol verməməkdir. Onlar həmçinin yaşıllıqda yanğın təhlükəsizliyinə də əməl etməlidirlər. Hüquqi şəxslərə gəldikdə isə onlar yaşıllıqlara və onların mühafizə zonalarına qulluğu və onların bütövlüyünü təmin etməli, torpağın sürüşməsinin, şorlaşmasının və erroziyasının qarşısını almaq məqsədilə yaşıllıq salmağa kömək olmalıdırlar.\r\nİclasda qeyd olunub ki, yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitar normalara uyğunluğu təmin etmək, bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq altında olan torpaqlardan səmərəli istifadə etmək və yaşıllıq sahələrini genişləndirməkdir.\r\nQanun layihəsi müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.\r\n\r\nElgün MƏNSİMOV.

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory