DİQQƏT VƏ QAYĞININ TƏZAHÜRÜ

Bu günlər bütün gəncəlilər Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Gəncə şəhərinə 21 yanvar 2012-ci il tarixli səfərinin və şəhərimizin inkişafına verdiyi yüksək qiymətin xoş təəssüratını yaşayırlar.\r\n\r\nMöhtərəm Prezident İlham Əliyevin Gəncəyə səfəri şəhərimizin tarixinə əbədi yazılmış, gəncəlilərin yaddaşında dərin iz buraxmışdır. Cənab İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğı, şəhər rəhbərliyinin məqsədyönlü fəaliyyəti, şəhər ictimaiyyəti ilə YAP üzvlərini öz ətrafında sıx birləşdirməsi nəticəsində, şəhərin ictimai-siyasi  həyatında, abadlaşdırılmasında və sosial- iqtisadi inkişafında mühüm uğurlar əldə edilməsinə əsas vermişdir.\r\n\r\nBütün bunların nəticəsidir ki, Gəncə şəhəri Respublikada aparılan abadlıq və quruculuq işləri sahəsində öndə gedir. Şəhər rəhbərliyinin həyata keçirdiyi ardıcıl, sistemli tədbirlər nəticəsində şəhərin onlarla küçə və meydanı  abadlaşmış, yeni prospektlər salınmış və bu proses surətlə davam etdirilir. Gəncə görkəmini əsaslı surətdə dəyişir. Şəhərin baş meydanının- ümummilli liderimizin adını daşıyan əzəmətli meydanın yenidən qurulması, şəhərin mərkəzi hissəsində olan binaların fasadının ən müasir memarlıq üslubunda  yüksək zövqlə yenilənməsi və dam örtüyünün Avropa standartları səviyyəsində mansardla əvəzlənməsi şəhərimizə xüsusi gözəllik verir. Ulu öndərin adını daşıyan park yenidən qurulmuş, 360 ha sahədə yaşıllıqlar genişləndirilmiş, əzəmətli Heydər Əliyev Mərkəzinin təməli qoyulmuşdur. Uzunluğu 5,5 kilometr olan Heydər Əliyev prospekti başdan-başa  yenidən qurulmuş, binalar yerli memarlıq üslubunda bərpa edilmişdir ki, bu da ulu öndərimizə şəhər sakinlərinin böyük hörmət və ehtiramının təcəssümüdür.\r\n\r\nŞəhərimizdə müasir standartlara cavab verən, mütərəqqi texnologiyaya əsaslanan “DET AL” Alüminium zavodunun tikilməsi və işə salınması yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir.\r\n\r\nXalqımızın iftixarı olan dahi şairimiz Nizami Gəncəvinin məqbərəsinin yenidən bərpası, Nizami parkının, muzeyinin və mərkəzinin, “Xəmsə” abidə kompleksinin yaradılması, şəhərin Bakı istiqmətindən başlayan, şairin adını daşıyan prospektin başdan-başa köklü şəkildə yenidən qurulması, görkəmli mütəfəkkir N. Nərimanovun adını daşıyan parkın abadlaşdırılması, Bayraq Meydanının yaradılması, yeni filarmoniya binasının təməlinin qoyulması, Cavad xan küçəsinin qədimliklə müasir memarlığın vəhdətində yenidən abadlaşdırılması tariximizə, dəyərlərimizə göstərilən diqqət və qayğı kimi qiymətləndirilir və sakinlərimizdə qürur hissi yaradır.\r\n\r\nBütün bunlar ölkə prezidenti İlham Əliyevin Gəncənin tarixinə və onun inkişafına göstərdiyi diqqətin və gəncəlilərə olan qayğısının təzahürüdür.\r\n\r\nGəncəyə və gəncəlilərə göstərdiyi bu böyük diqqət və qayğıya görə Partiyamızın sədri, hörmətli Prezidentimiz, cənab İlham Əliyevə sakinlərimiz hədsiz minnətdardırlar.\r\n\r\nŞəhərimizin iqtisadi inkişafı, tarixini və qədimliyini saxlamaqla dünyanın ən müasir şəhərinə çevrilməsi, Azərbaycanın tarixini, dövlətçiliyini, xalqımızın milli-mənəvi dəyərlərini və qəhrəmanlığını əks etdirən maddi-mədəni abidələrin yenidən bərpa edilməsi yeniyetmə və gənclərimizin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə edilməsinə öz töhfəsini verəcəkdir.\r\n\r\n \r\n

İsrafil İSMAYILOV,

\r\n

Yeni Azərbaycan Partiyası

\r\n

Gəncə Şəhər Təşkilatının sədri.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory