Tovuzlu fermerlər taxıl səpininə ciddi hazırlaşmışlar
Tovuz, 9 dekabr (AzərTAc). Taxıl səpininə ciddi hazırlaşan tovuzlu fermerlər artıq 11 min 71 hektar sahəni şumlamışlar.\r\nRayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, şumlanmış sahələrə üzvi və mineral gübrələr verilmiş, toxum tədarükü görülmüşdür. Şumlanmış 9 min 579 hektarda toxum səpilmişdir.\r\nÖtən ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü ildə şumlanmış sahələr 1656 hektar, taxıl səpilən sahələr isə 1564 hektar çoxdur.