Göyçayda heyvandarlığın inkişafı üçün müxtəlif metodlardan istifadə olunur

Göyçay, 9 dekabr (AzərTAc). Son illər Göyçayda heyvandarlığın inkişafı üçün müxtəlif metodlardan istifadə olunur.\r\nRayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizənin və bu sahənin iqtisadi səmərəliliyinin artırılması məqsədilə son illər ərzində Göyçayda müxtəlif tədbirlər görülmüş, eyni zamanda 15 süni mayalandırma məntəqəsi yaradılmışdır.\r\nKəndlərdə fəaliyyət göstərən süni mayalandırma texnikləri cari ilin 11 ayında 2855 baş iri buynuzlu heyvanı süni yolla mayalandırmışlar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 139 baş çoxdur.\r\nSüni mayalandırılmış inək, düyə və camışlardan bu ilin 11 ayında 2195 baş sağlam bala alınmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 97 baş çoxdur. Görülmüş tədbirlər nəticəsində mövcud mal-qaranın cins tərkibi xeyli yaxşılaşmışdır.\r\nQeyd edək ki, hazırda rayonda min 47 min 473 baş iri buynuzlu heyvan vardır.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 76
  • 51
  • 1,083
  • 4,943
ILK-10 Azeri Website Directory