Yevlaxda avtomobil yolları abadlaşdırılır

Yevlax, 8 dekabr (AzərTAc). Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlax rayonunda avtomobil yollarının yenidən qurulması istiqamətində tədbirlər uğurla həyata keçirilir.\r\nYevlax şəhər icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Dövlət Proqramı çərçivəsində Xaldan-Mingəçevir yolunda 10, Nemətabad və Nərimanabad kəndlərindin girişində 4,3, Xaldan və Yuxarı Bucaq kəndlərində 5,2, Malbinəsi kəndində 6, Yevlax şəhəri daxilində isə 42,3 kilometr yollar yenidən qurularaq asfaltlanmışdır.\r\nÖlkə başçısının 11 iyul 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq rayonun 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı, Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır. Artıq yolun Səmədabad-İsmayılabad-Bünyadabad kəndlərini birləşdirən birinci hissəsinin tikintisi başa çatmışdır. Yolun digər hissəsində işlərin 2014-cü ildə yekunlaşması nəzərdə tutulmuşdur.

Şərhini bildir

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory