Azərbaycan virtual məkanda

Azərbaycan virtiual məkanda 16.12.2013Müasir cəmiyyətin formalaşmasında informasiya texnologiyalarının təsiri danılmaz faktora çevrilib və bu sahənin sürətlə inkişaf etməsi artıq həyatımızın ayrılmaz hissəsini təşkil edir. Bu gün Azərbaycanda vətəndaşların böyük bir hissəsinin internet istifadəçisinə çevrilməsi nəticəsində, onların internetə əlçatanlılığının təmin edilməsi ölkəmizdə İnformasiya–Kommunikasiya Texnologiyalarının inkişafının birbaşa göstəricisidir. Qloballaşan dünyada dövlətlərin əsas maraqlarından birinin də internetdən istifadə edilməsi faktdır. Bu mənada hər bir dövlət virtual aləmdə bu təbliğat vasitəsindən yararlanmaqla öz güclərini göstərməyə çalışırlar. Artıq internet milli irsin, mədəniyyətin və digər sahələrin təbliğində rəqib tanımır. Bununla da müasir dünyanın əvəzedilməz informasiya təbliğatı imkanına çevrilən virtual aləmdən milli maraqlar üçün maksimum istifadə etmək zərurəti meydana çıxır.\r\n\r\n“Hər evə optika”\r\n\r\nYaxın keçmişimizdə informasiya blokadası ilə üzləşən respublikamız bu gün həqiqətləri tam şəkildə dünyaya çatdıra bilir. 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncam bu sahənin inkişafına mütləq hüquqi baza qurmaqla yanaşı, həm də müasir və modern texniki baza yaratmış oldu, İKT-nin geniş tətbiqi dövlətimizin siyasətinin əsas prioritetinə çevrildi. Qeyri-neft sektorundan sonra əhəmiyyətli pay sahibinə çevrilən bu sektor mühüm strateji sahə olduğunu artıq təsdiqləyib. Təsadüfi deyil ki, Azərbaycan keçmiş postsovet ölkələri arasında ilk olaraq ATS-lərin elektronlaşmasını başa çatdırdı. Bu gün regionlarda vətəndaşların genişzolaqlı keyfiyyətli internetlə təmin olunması,internetin Azərbaycanın bütün ərazisini əhatə etməsi bu sahədə innovativ inkişafın əyani göstəricisidir. Yeri gəlmişkən, internet istifadəçilərinin sayına görə beynəlxalq hesabatlarda yüksək yerlərdə qərarlaşan, eyni zamanda MDB ölkələri arasında liderliyi əldə saxlayan Azərbaycanda genişzolaqlı internetin inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulub.\r\n2012-ci ildə ölkə prezidentinin göstərişi ilə hər bir kənd və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar dağ kəndlərində belə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsi hazırlanıb. 2013-2015-ci illər və sonrakı dövrdə “Hər evə optika” prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkilinin və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsinin həyata keçirilməsi, eyni zamanda 2015-ci ildən etibarən əhalinin minimal olaraq Bakı şəhərində 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində 30 mb/s, qəsəbə və kənd yerlərində isə 10 mb/ sürətli genişzolaqlı internetlə təmin ediləcəyi nəzərdə tutulub.\r\n\r\n“BakuTel” sərgisi və əhəmiyyəti\r\n\r\nAzərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən “BakuTel” Xəzəryanı regionda sərgi sənayesinin ən iri tədbiri hesab olunur. “BakuTel” sərgisi tarixində ilk dəfə olaraq sərgi kompleksinin hər üç zalında təşkil olunmuşdu və ümumilikdə 12 min kv.m sahəni əhatə edirdi. Prezident İlham Əliyev sərgi zamanı keçirilən Dünya Azərbaycanlılarının 1-ci Virtual Konfransında iştirak etdi. Respublika Prezidentinin “BakuTel 2013” sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilirdi: “Azərbaycanda hər il keçirilən “Bakutel” beynəlxalq sərgi və konfransı müxtəlif ölkələrdən təşkilatları, alimləri və mütəxəssisləri bir araya gətirərək, fikir mübadiləsi, işgüzar əlaqələrin genişləndirilməsi, habelə qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanışlıq üçün əlverişli şərait yaradır. Hazırkı sərgi və konfransın ölkədə elan edilmiş “İKT İli” çərçivəsində təşkil edilməsi, kibertəhlükəsizlik üzrə konfrans və digər əhəmiyyətli tədbirlər proqramı ilə müşayiət olunması, eləcə də aparıcı şirkətlərin sərgidə geniş tərkibdə iştirakı bu tədbirin əhəmiyyətini daha da artırır”.\r\n“BakuTel” sərgisi və sərgi çərçivəsində xüsusi tədbirlər müxtəlif ölkələrdən çoxsaylı mötəbər qonaqları, nazirləri, eləcə də alim və nüfuzlu iş adamlarını bir yerə toplamaqla yanaşı, ölkəmizə gündən-günə artan marağın fonunda iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinə öz əhəmiyyətli töhfəsini vermiş oldu. Beynəlxalq və regional səviyyələrdə yeni təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi, ən yaxşı dünya səviyyəli İKT layihələrinin təqdimatı və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi çərçivəsində təşkil edilmiş milli stendlərin artması sözsüz ki, “BakuTel” sərgisinin xidmətidir. Burada çoxsaylı şirkətlərin texnoloji innovasiyaları, o cümlədən Bakı və ətraf qəsəbələri tam əhatə edən 4G sistemi, həmçinin ən son mobil və simsiz qurğular, korporativ həll variantları, daha rahat və maraqlı həyat üçün əlverişli zəmin yaradan ən qabaqcıl dünya texnologiyaları sistemi (M2M) səmərəli şəkildə təqdim olunurdu. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan artıq qloballaşan dünyada İKT sahəsində öz nüfuzu və çəkisi olan etibarlı tərəfdaşdı.\r\n\r\n“İpək yolu” və TAE layihəsi\r\n\r\nTarixi “İpək yolu”nun üzərində yerləşən Azərbaycanın əlverişli iqtisadi coğrafi mövqeyi ölkəmizə ən böyük layihələrin iştirakçısı olmaq imkanı qazandırıb. Bu layihələrdən biri də “Trans-Asiya-Europa” (TAE) layihəsidir. Layihə XX əsrin ən böyük tikintilərindən biri sayılır. Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan bu magistral böyük əhəmiyyətə malik bir rabitə şəbəkəsidir. TAE xətti regionda İKT-nin inkişafına təkan verir, telekommunikasiya şəbəkələri üzrə genişzolaqlı kanalların sayının artırılmasına, o cümlədən, şəhərlərarası və beynəlxalq qlobal rabitənin təşkil olunmasına şərait yaradır. Bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Elə həmin ilin dekabr ayında TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. 2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib. TAE fiber-optik kabel magistralının istismara verildikdən sonra ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə və Ukrayna istiqamətində birbaşa müasir yüksəkkeyfiyyətli rəqəmsal beynəlxalq rabitə təşkil etmək mümkün olub. Ölkə regionlarının TAE xəttinə qoşulmasından sonra həmin rayonlarda sakinlərin internetə çıxış imkanları artıb. Eyni zamanda, alternativ rabitə üçün geniş imkanlar yaranıb. Bütün bu məntəqələrdə STM-16 və STM-1 avadanlıqları quraşdırılıb. Bundan əlavə ölkədə ən böyük dairəvi rabitə Şirvan-Beyləqan-Yevlax xəttinin tikilməsi ilə yaradılıb. Əsas magistrallarla yanaşı, Siyəzən – Xızı, Goranboy – Naftalan, Gəncə – Xanlar, Bərdə – Tərtər, Gəncə – Samux fiber-optik kabel magistralları da fəaliyyət göstərir. Neftçala, Lerik, Yardımlı, Gədəbəy və Daşkəsən TKQ-lərin də layihəyə qoşulması ilə Azərbaycanda bütün rayonların TAE xəttinə qoşulması başa çatıb. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramında (Elektron Azərbaycan) Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya texnologiyalarının texniki modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi ayrıca bəndlərdə öz əksini tapıb. Bu məqsədlə nəzərdə tutulan ən əhəmiyyətli tədbirlərdən biri təbii ki, ölkədaxili dayanıqlı rabitə üçün zəruri məsələlərdən olan Naxçıvan Muxtar Respublikasının rabitəsinin TAE fiber-optik kabel magistralı vasitəsilə təşkilidir. Bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq artıq muxtar respublika rabitəsinin TAE magistralına qoşulması yüksək səviyyədə həyata keçirilib.\r\nQeyd edək ki, TAE fiber-optik kabel xəttinin Azərbaycan seqmentinin genişləndirilməsi layihəsinə hələ 2003-cü ildən, ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) təsdiq olunduqdan sonra başlanmışdır.\r\n\r\nUçdu göylərə,bizim peykimiz…\r\n\r\nÖlkəmizin Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması zərurətini yaradırdı. Bu məqsədlə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Sevindirici haldır ki, Qafqazın əsas peyk operatoru olan “Azərkosmos” ASC-də müasir texnologiyaların tam idarə olunmasında yerli kadrlar üstünlük təşkil edir, artıq peşəkar mütəxəssislər hazırlanıb. Bu gün “Azerspace-1” telekommunikasiya peykinin Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynaması faktdır. Peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinın yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparılır, yerüstü şəbəkələrin əhatə dairəsinə daxil olmayan peyk əsaslı xidmətlərdən faydalanmaq üçün əhaliyə geniş imkanlar yaradılıb.\r\nÖlkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər təkcə yuxarıda sadalananlarla bitmir. Yüzlərlə internet portallarının yaradılması, internet medianın inkişafı, vətəndaşların dövlət strukturları ilə birbaşa əlaqə saxlamasına imkan verən elektron hökumət, yüz minlərlə insanın müraciət etdiyi “ASAN xidmət”, virtual aləmdə biznes, təhsil, marketinq, reklam və s. sahələrin inkişafı əhalinin rahatlığını təmin etməklə yanaşı, vaxt itkisinin də qarşısını almış olur. Bundan başqa İKT vasitəsilə Azərbaycan gerçəkliklərini, ən əsası Qarabağ problemini istər sosial şəbəkələr, istərsə də digər vasitələrlə bütün dünyaya çatdıra bilirik. Məhz buna görə artıq milyonlarla əcnəbi Qarabağ, erməni vəhşiliyi haqqında əsl həqiqətləri öyrənə bilib. Təbii ki, bunun da əsas səbəbkarı, dövlətimiz və onun İKT sahəsində apardığı düzgün siyasətdir. Nəticədə Azərbaycan virtual aləmdə, dünya “informasiya okeanı”nının hər bir sahəsində çoxsaylı problemləri həll edərək “virtual olimpiada”da geniş addımlarla birincilər sırasına qoşulan bir monolit bünövrəli İKT ölkəsinə, dünya azərbaycanlılarının doğma vətəninə çevrilib.\r\n\r\nİlqar TAĞIYEV\r\n\r\nYazı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 148
  • 108
  • 1,009
  • 4,836
ILK-10 Azeri Website Directory