Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

Təqaüdçüyəm, 40 il əmək stajı olan əmək veteranıyam. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində mülkiyyətimdə torpaq sahəsi (270 kv.m. tikili, 96 kv.m. həyətyanı sahə) var. Həmin torpaq sahəsinə görə 56,7 manat vergi ödəyirəm. Bilmək istəyirəm ki, hər kvadratmetr üçün vergi necə hesablanır? Əmək veteranı olduğum üçün mənə vergi güzəşti tətbiq edilə bilərmi? Prezidentin 2011-ci ilin aprel ayında verdiyi Fərmanla əhalinin borcları silinmişdir. Həmin Fərman torpaq vergisinə də şamil edilirmi?\r\nFatma Məmmədova,\r\n Bakı şəhəri\r\n- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə görə, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Həmin Məcəllənin 206.3-cü maddəsinə görə, Bakı şəhəri üzrə yaşayış fondlarının həyətyanı torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 0,6 manat vergi dərəcəsi tətbiq olunur.\r\nGöründüyü kimi, mülkiyyətinizdə olan torpaq sahəsinin hər 100 kvadratmetri üçün illik 0,6 manat vergi ödəməlisiniz.\r\nİkinci sualınızla bağlı qeyd edək ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 207.1-ci maddəsində torpaq vergisinə cəlb edilməyən torpaqlar, 207.2-ci maddəsində isə həmin Məcəllənin 102.2-ci maddəsinə istinad edilməklə mülkiyyətlərində olan torpaq sahələrinə görə torpaq vergisi 10 manat azaldılan şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Qeyd edək ki, həmin maddələrdə əmək veteranlarının torpaq vergisindən azad edilməsi və ya bu kateqoriya şəxslərin torpaq vergisinin 10 manat məbləğində azaldılması nəzərdə tutulmamışdır.\r\nÜçüncü sualınızda qeyd etdiyiniz Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 405 nömrəli Fərmanının 1-ci bəndinə əsasən əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinmişdir. Başqa sözlə, həmin Fərmanla silinmiş borclar torpaq vergisinə şamil edilə bilməz.\r\n21 yaşım var, hazırda xarici ölkədə əyani təhsil alıram. Üçüncü kurs tələbəsiyəm. Ali təhsil müddətində möhlət almaq hüququna hər hansı məhdudiyyət varmı?\r\nRoman,\r\nBakı şəhəri\r\n- “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 18.1.3 və 21.1.5-ci maddələrinə görə, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) təhsilini bitirənədək möhlət verilir. Qeyd edək ki, möhlət yalnız bir dəfə verilir və təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.\r\n\r\nCavablandırdı:\r\nDünyamin NOVRUZOV,\r\nBakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 27
  • 13
  • 1,187
  • 4,898
ILK-10 Azeri Website Directory