Ağdaşda yeni meşələr salınır

Ağdaş. 22 dekabr (AzərTAc). Ağdaş rayonunda meşələrin mühafizəsi, yeni meşələrin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir.\r\nRayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AzərTAc-a bildirmişlər ki, hazırda Ağdaşda bu ilin planı üzrə yeni mədəni meşələrin salınması işləri davam etdirilir. Bu günədək 50 hektar torpaq sahəsi əkinə hazırlanmışdır. Sentyabr-dekabr aylarında 35 hektar sahədə ağac əkilmişdir. Əsasən şam, qovaq, akasiya və iydə ağaclarından ibarət on minlərlə ağac hesabına Kür çayının kənarındakı Tuqay meşələri daha da genişləndirilmişdir.\r\nAğdaş, Göyçay və Ucar rayonlarında yerləşən 7.580 hektar meşə sahəsini əhatə edən Ağdaş Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin nəzdində iri tingçilik təsərrüfatı da fəaliyyət göstərir. Orada yetişdirilən 450 min ədəd ağac tingindən meşələrin salınmasında, eləcə də həmin rayonlarda təşkil edilən ağacəkmə aksiyalarında geniş istifadə olunur.

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 79
  • 19
  • 854
  • 3,275
ILK-10 Azeri Website Directory