Boksçularımız Rusiyadan qələbə ilə qayıdırlar

Boksçularımız 23.12.2013\r\n\r\n \r\n\r\nRusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub.\r\nANS PRESS-in Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.\r\n56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda yerli boksçu Murad Arslanovu məğlub edərək, 1-ci yerə layiq görülüb. Abdulqadir Abdullayev də (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.\r\n“Baku Fires” klubunun üzvü həlledici döyüşdə Çin idmançısı Vei Fenq üzərində qələbə qazanıb.\r\nQeyd edək ki, Abdullayev yarımfinalda belaruslu Leonid Çernobayevi 1-ci raundda nokauta salmışdı. 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor yerli boksçu Georgi Lizunenko ilə qarşılaşmada üstün olsa da, hakimlər qələbəni rəqibə veriblər. Batraz Qurtsiyev də (81 kq) yarışı gümüş medalla başa vurub.\r\nBoksçumuz finalda yerli komandanın üzvü Eduard Əbdürrəhmanova uduzub. Rüstəm Musayev (49 kq), Nəsrəddin Məmmədov (60 kq) Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (91+kq) isə bürünc medalla kifayətləniblər.\r\n\r\nMənbə\r\n ANS PRESS

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory