Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il dekabrın 26-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.\r\nTədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:\r\n- müasir corab istehsalı fabrikinin yaradılması;\r\n- müasir ət kəsimi müəssisəsinin yaradılması;\r\n- kiçik həcmli zeytunçuluq və istixana təsərrüfatlarının yaradılması.\r\nSahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.\r\nƏlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:\r\nÜnvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172\r\n Telefon: (012) 434-74-29\r\n Faks: (012) 432-37-17\r\n e-mail: info@anfes.gov.az

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory