Azərbaycanın uğurları ilə fəxr edirik

Əslən Samux rayonunun Ziyadlı kəndindənəm. İxtisasca baytar həkimiyəm. Bir müddət Şəki quşçuluq təsərrüfatında işləyəndən sonra Ukraynaya dəvət aldım. Hazırda Orlov Dövlət Aqrar Universitetində kafedra müdiri vəzifəsində çalışıram, biologiya elmləri doktoruyam. Bir neçə ixtiranın və elmi əsərin müəllifiyəm. İşimin çoxluğuna baxmayaraq, ictimai əlaqələri mühüm sayıram, Orlovda yaşayan həmyerlilərimizlə tez-tez görüşürəm. Hamımız Azərbaycanın uğurlarına sevinir, eyni zamanda Qarabağ həqiqətlərini yaymağa çalışırıq.\r\nOktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini böyük maraqla izlədik. Çox şadıq ki, xalqımız doğru seçim etdi, ən layiqli namizədə səs verdi! Bu belə də olmalı idi! Çünki məhz İlham Əliyevin titanik fəaliyyəti sayəsində müstəqil Azərbaycan dünya miqyasında şanlı-şöhrətli bir diyara çevrilib. Bir sıra beynəlxalq tədbirlərin Bakıda keçirilməsi də ölkəmizin getdikcə yüksələn nüfuzundan xəbər verir. Dediyim odur ki, vətəndən uzaqda olsaq da, ulu öndər Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən Prezident İlham Əliyevlə fəxr edirik. Əminik ki, cənab İlham Əliyevin budəfəki prezidentlik dövründə müstəqil Azərbaycan daha böyük uğurlar qazanacaq.\r\n\r\nƏbülfət CAVADOV,\r\n Orlov Aqrar Universitetinin kafedra müdiri, professor

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory