Bir ürəkdə yeddi yara

Erməni işğalının acı dalğası əvvəlcə Xankəndini tutdu. Burada yaşayan azərbaycanlılar 1988-ci ilin sentyabr ayında yurd-yuvalarından didərgin salındılar. Belə köçkünlərdən biri də Qarsalan Qənbərovun ailəsi idi. Qarsalan kişi Xocalı şəhərinə pənah gətirmişdi. Bu yerlərə köçəndə ailə səkkiz nəfərdən ibarət idi. Xocalı qırğını zamanı ailənin yeddi nəfəri məhv edildi.\r\nQarsalan kişi el arasında sayılıb seçilirdi. Vətənpərvər, torpağa çox bağlı idi. Düşmən gülləsinə tuş gəldi. Həyat yoldaşı Validə də erməni terrorunun qurbanı oldu.\r\nQarsalanın üç oğlu var idi: Səfər, Nadir və Rauf. Xocalını qara buludlar alanda Səfər döyüşən batalyonun üzvü idi. Qardaşı Raufla birlikdə ermənilərin Meşəlidən çıxarılmasında və digər əməliyyatlarda iştirak etmişdi. Xocalı faciəsi zamanı son gülləsinə qədər vuruşmuş və qəhrəmancasına həlak olmuşdur. Səfərin həyat yoldaşı Mətanət də ürək nahiyəsindən yaralanaraq vəfat etmişdir.\r\nSəfərin uşaqları körpə idi, oğlu Elmin və qızı Esmira. Onların hər ikisi nənələri ilə birlikdə qətlə yetirilmişdir.\r\nQarsalanın oğlu Nadir də Qarabağ uğrunda gedən döyüşlərin bir çoxunda iştirak etmişdi. Xocalı faciəsi zamanı son nəfəsinə qədər vuruşmuş və itkin düşmüşdür.\r\nBir nəslin yeddi övladı belə getdi. Qənbərovlar ailəsinin sağ qalan yeganə üzvü Raufdur. 1992-ci ilin fevral ayından Gəncə şəhərində 1saylı liseyin yataqxanasında yaşayır.\r\nO faciəli günləri Rauf belə xatırlayır:\r\n- Atam, anam, qardaşlarım, gəlinimiz, körpə balalar getdi. Xankəndidə təmtəraqlı ev-eşiyimiz var idi. Bir gecənin içində hamımız pərən-pərən düşdük. Anam və gəlinimiz ağır yaralı idilər. Onlara heç bir kömək göstərə bilmədik.\r\nGüc-bəla ilə gəlib Ağdama çıxdıq. Sonra da Gəncə həyatı. Neçə vaxtdır bir ürəkdə yeddi yara yaşadıram. O dəhşətli günlər bir an da olsun məni rahat buraxmır. Lakin ümidsiz deyilik! Qəlbən inanıram ki, xalqımız hökmən düşməndən qisas alacaq, Xocalı torpağı azad olunacaqdır!\r\n\r\nQasım QIRXQIZLI,\r\n”Xocalının səsi” qəzetinin redaktoru.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 32
  • 11
  • 1,289
  • 4,279
ILK-10 Azeri Website Directory