ƏMƏK NƏĞMƏSİ, ZƏHMƏT ƏTRİ

Gəncənin tarixi çox zəngindir, çox böyükdür. Mən çox şadam ki, Gəncənin qədim tarixi qorunur. Bununla bərabər şəhər müasirləşir, abadlaşır, gözəlləşir, yeni binalar tikilir və BELƏ GÖZƏL PARKLAR YENİDƏN QURULUR. Gəncənin inkişafı üçün böyük işlər görülmüşdür, bundan sonra da Gəncə həmişə diqqət mərkəzində olacaqdır.\r\n

İlham Əliyev\r\n

\r\n

         İnsanlar xaraktercə müxtəlif olduğu kimi, talelər də müxtəlifdir. Bəzən talelər ömrə bələdçilik edir, bəzən də ömür yolunun dolambacları taleyin sınağı ilə  üz-üzə qalır. Hər iki halda məsuliyyət insanın boynuna düşür; necə etsin ki, taleyinin ömür payını alın yazısına uyğun şəkildə yaşamaqla yanaşı, həm də var olduğunu hansı xeyirxah işi, əməli ilə təsdiqləyə bilsin? İnsanın özünü tapması çətin, bəlkə də hər kəsə nəsib ola bilməyəcək bir qismətdir. Bu qisməti əldə etməyin yolu isə fədakarlıq, zəhmətsevərlikdir. Elə Heydər Əliyev parkında çalışan, öz xeyirxah əməlləri ilə xalqına, doğma Gəncəsinə xeyir vermək istəyən, varlığını əməyi, zəhməti ilə təsdiqləyən sadə peşə adamları kimi.

\r\n

         Parkın tikinti meydançasında bizi o insanlarla Arif Salahov tanış etdi. Kimisi yer qazır, kimisi çalaları doldurur, kimi yer hamarlayır, kimi maşınlara torpaq yükləyir… KaMAZ-lar isə yükünü boşaltmaq üçün artıq təməli qoyulmuş Heydər Əliyev Mərkəzinə  sarı şütüyürlər. Ağır zirehli maşınların səsi, uğultusu ucadan oxunan əmək nəğməsinə bənzəyir, təkərlərin qaldırdığı toz-torpaqdan zəhmət ətri gəlirdi. Sürücülərin bir neçəsi maşınlarını söndürüb yanımıza gəlirlər. Söhbətə çəkmək istəyirik. Xeyirxah əməlin nuru çilənmiş simalarına təbəssüm  qonur. Bu insanlar üçün iş görmək danışmaqdan asan olsa da, bir neçə kəlmə ilə könlümüzü xoş etməyə çalışırlar:

\r\n

         Fəxri Məmmədov: “Sürücüyəm. Şəhərimizin, xüsusən də ulu öndərimizin adını daşıyan bir məkanın tikintisində əməyimin olmasını özümə mənəvi borc bilirəm. Bu gün tikilib-qurulan nə varsa körpələrimizin xoşbəxt gələcəyi, doğma Gəncəmiz üçündür. Bununla fəxr etməyə dəyər”.

\r\n

         Hamlet Abdullayev: “Bir aydan çoxdur ki, burada çalışıram. Parkın gələcəyini təsəvvür etdikcə daha böyük həvəslə, daha ürəklə işləyirəm. Gəncəmizin gözəlliyinə xidmət etdiyim üçün özümü xoşbəxt sanıram”.

\r\n

         Sahib İbrahimov: “Mən də sürücüyəm. Başqa  yerdə işləsəm də iş arası buraya gəlirəm. Təmənnasız olaraq kömək edirəm. Mənim kimi könüllülər burada çoxdur. Çünki yaxşı bilirik ki, “el bir olsa dağ oynadar yerindən”. Bizim birliyimiz isə ulu öndərin adını daşıyan bu parkı gülüstana çevirəcək”.

\r\n

         Qabil Əzizov: “Uzun illərdir ki, müxtəlif tikintilərdə çalışıram. Lakin inanın ki, heç vaxt belə həvəslə, belə şövqlə işlədiyim olmayıb. Sanki öz doğma ocağımı, həyət-bacamı səliqəyə salıram. Əslində həqiqətən də belədir. Axı, Gəncə bizim hər birimiz üçün əzizdir. Doğma şəhərimizin quruculuğunda iştirak etmək, tər töküb zəhmət çəkmək “Vətən övladıyam” deyən hər kəs üçün fəxrdir. Bu, həm də mənəvi borc məsələsidir”.

\r\n

Zaur Əliyev: “Mən gözəl sözlər söyləməyi bacarmıram. Amma doğma şəhərimizə qarşı ürəyimdə olan məhəbbətin gözəl olduğunu hər zaman hiss etmişəm. Övlad öz valideyninə necə borcludursa, mən də doğma şəhərimə özümü elə borclu sanmışam. İndi bu borcu qaytarmaq üçün əlimə fürsət düşüb. Odur ki, içimdə sonsuz bir rahatlıq var”.

\r\n

         Tamerlan Rüstəmov: “Mən ekskavatorçuyam. Hər dəfə qazıntı üçün çalovu dərinliyə salanda sanki torpağın isti nəfəsini, hərarətini duyuram. Bu təmas mənə bu torpağın oğlu olduğumu andırır. Başa düşürəm ki, Vətən torpağına xidmət etmək, onun  abadlığı, gözəlliyi, firavanlığı naminə çalışmaq mənim mənəvi haqqımdır”.

\r\n

         Bəylər Ələkbərov, Oruc Məmmədov, Əfqan Məmmədov, Yaşar Cəfərov və digər sürücülər də məhz bu fikirdədirlər.

\r\n

         Heydər Əliyev Mərkəzinin tikintisində iştirak edən baş usta Qoşqar Qasımov, Sahib Mustafayev, iş icraçısı Vüqar Ələkbərov, armaturçu ustalardan Fərmail, Vüsal Xaqani, Məsim və digərləri də  işin ahəngindən razılıqla söz açır, böyük həvəslə çalışdıqlarını söyləyirlər. Məlumat üçün  onu da bildirdilər ki, Heydər Əliyev Mərkəzinin bünövrəsi qoyulan zaman təkcə 250 ton dəmir məmulatı işlənib və dörd qat armatur toxunub.

\r\n

         Deyəsən fotoqraf Talıb İsmayılovu burada hamı yaxşı tanıyır. Onu görən hər kəsin üzündə xoş təbəssüm yaranır. O, güzarı hər dəfə buradan düşəndə yola atılan tullantıları, daş-kəsəyi götürüb ehtiyatla kənara qoyur, elliklə görülən iş toy-bayram  olar-deyir.

\r\n \r\n

Fərruxə UMAROVA,

\r\n

Gəncə.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory