Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

Təzə binadan mənzil almışam, lakin mülkiyyət sənədim yoxdur, yalnız müqavilə və maliyyə arayışı var. Əvvəl yaşadığım evin qeydiyyatından çıxıb yeni mənzilə qeydiyyata düşmək istədim. Binanın yeni tikili olduğunu əsas gətirib imtina etdilər. Bu qanunidirmi?\r\n\r\nSəməd Kazımov,\r\n Bakı şəhəri\r\n\r\n- “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsi ilə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.\r\nHəmin qanunun 8-ci maddəsinin 1-ci hissəsinə görə, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.\r\nOdur ki, təzə mənzilinizə köçmək üçün əsas verən sənədi təqdim etmədiyinizə görə müvafiq icra hakimiyyəti orqanının sizi yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanunauyğundur.\r\n\r\nİddia ərizəsi verən şəxsə qarşı iddia ərizəsi vermək olarmı?\r\n Lalə Şirinova,\r\n Quba rayonu\r\n\r\n- İddia ərizəsi verən şəxsə qarşı iddia ərizəsinin verilməsi mümkündür. Bu halda, birinci iddia ilk, ikinci iddia qarşılıqlı iddia adlanır. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Lakin burada müəyyən şərtlərə əməl edilməsi zəruridir. Belə ki, qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.\r\n\r\nCavablandırdı:\r\nDünyamin NOVRUZOV,\r\nBakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 107
  • 35
  • 1,300
  • 4,291
ILK-10 Azeri Website Directory