Ağcabədidə kənd təsərrüfatı sahəsində uğurlu nəticələr əldə edilmişdir

Ağcabədi, 17 yanvar (AzərTAc). Ağcabədi rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatı bitkiləri istehsalında 2013-cü ildə uğurlu nəticələr əldə edilmişdir.\r\nRayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri 2013-cü ilin məhsulu üçün 23 min 743 hektarda buğda, 4301 hektarda arpa, 1959 hektarda dən üçün qarğıdalı, 1963 hektarda pambıq, 835 hektarda şəkər çuğunduru, 211 hektarda kartof, 792 hektarda tərəvəz, 609 hektarda bostan bitkiləri əkmiş və bol məhsul əldə etmişlər.\r\nRayonun təsərrüfatlarında 78 min 791 ton buğda, 1288 ton arpa, 21395 ton qarğıdalı, 4043 ton pambıq, 24980 ton şəkər çuğunduru, 2669 ton kartof, 9861 ton tərəvəz, 13762 ton bostan məhsulları, 11498 ton meyvə və giləmeyvə, 2279,5 ton üzüm istehsal edilmişdir.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 119
  • 77
  • 1,296
  • 4,015
ILK-10 Azeri Website Directory