BUGÜNKÜ HƏYATIMIZA GÖRƏ ONLARA BORCLUYUQ

Bu sirr deyil ki, müstəqilliyinin yaşı çox olmasa da, ölkəmizin iqtisadi uğurlarının miqyası çox böyükdür. İndi necə deyərlər, heç kimin boyunduruğu altında deyilik, kimsənin göstərişinə ehtiyacımız yoxdur. Hələ bundan daha gözəl günlər gözləyir bizləri. Bütün bunları deməklə heç də Amerika kəşf etdiyim iddiasında deyiləm. Çünki bunu hər kəs görür və beləcə də qiymətləndirir. İnşallah, ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyevin iradəsi, əzmi sayəsində hələ Azərbaycanımıza çox şeylər bəxş edəcək. Amma sözsüz ki, bütün bunlara görə hamılıqla minnət borcumuz olan insanlar var. Onlar Şəhidlərdir.\r\nDüz 24 il əvvəl Bakı bir qış səhərini fəryadla açdı. Sovet imperiyasının başdan-ayağadək silahlanmış ordusu sakit və dinc mitinqçilərin üzərinə yeridi, ölüm saçdı. Üstündən bu qədər bir vaxt keçdikdən sonra da ağrısız, göz yaşlarsız xatırlamaq mümkünsüzdür o faciəni. Nə etmişdik, hansı günah işləri görmüşdük ki? Günahımız o idi ki, torpaqlarımızın ədalətsiz olaraq işğala məruz qalmasına, bir dövlətin bərabərhüquqlu subyektləri olduğumuz halda fərqli münasibətlərə etiraz edirdik, haqq, ədalət, qanun tələb edirdik. İmperiya cəlladları isə ölüm saçdılar, bununla xalqımızı susdurmaq iddiasında oldular. Amma bu millətin polad iradəsi əyilmədi, tutduğu və doğruluğuna varlığı qədər inandığı yolundan dönmədi. Mən anayam. Həm də lənətə gəlmiş müharibədə ciyərparasını itirən bir ana. Amma tək öz övladımın itkisi dərdini çəkmirəm, bütün şəhidlərimizə göz yaşı tökür, onları ağılarla, oxşamalarla anır, ruhlarına dualar oxuyuram. Çünki məhz o tökülən qanlar hesabına səmamız aydın, günəşlidir, körpələrimiz uşaqlıqlarını bütün gözəllikləri ilə doya-doya yaşayırlar, həyat, yaşamaq insana zövq verir.\r\nTanrı hər zaman ruhunuzu şad eləsin, şəhidlər! Biz sizləri heç vaxt unutmarıq.\r\n\r\nKubra AĞAYEVA,\r\nşəhid anası,\r\nYevlax.

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory