Daşkəsəndə 20 Yanvar faciəsi ilə bağlı böyük ehtiramla anım mərasimi keçirildi

Daşkəsəndə ümumrayon anım tədbirində iştirak edənlərin hər biri şəhidlərə ehtiram əlaməti olaraq səsləndirilən qəmli musiqilərin sədaları altında Şəhidlər xiyabanına 24-cü ildir ki, üz tutmuşdular. Çox böyük ehtiramla keçirilən anım tədbirinə daşkəsənlilər ciddi hazırlıqla gəlmişdilər. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin sərəncamı əsasında tədbirlər planı hazırlanmış, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlara paylanmışdır. Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkil etidyi ümumrayon tədbirində rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsi ilə bağlı toplantılar, dəyirmi masalar, müzakirələr və digər anım mərasimləri keçirilmişdir.\r\nDaşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulmuş, ictimaiyyətin nümayəndələri şəhid qəbirləri üzərinə tər çiçəklər düzmüşlər.\r\nKeçirilən anım tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və “N” saylı hərbi hissədən gələn əsgərlər ilə görüşmüş, onların ehtiyac və qayğıları ilə maraqlanmışdır. Qısa görüşdə İcra Hakimiyyətinin Başçısı qeyd etmişdir ki, hər biriniz yaxşı bilirsiniz, 20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir. Biz azadlığımız uğrunda gedən bütün şəhidlərimizlə fəxr edirik. Onların əziz xatirəsi həmişə olduğu kimi, bu gün də Daşkəsəndə böyük ehtiramla yad olunur və qəlbimizdə həmişə yaşayacaqdır.\r\nAzərbaycanlıların Ermənistandakı tarixi etnik torpaqların deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdir. Məhz xalqın etirazına cavab olaraq Sovet hökuməti Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi. 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkənin bir çox şəhər və rayonlarına yeridilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı. Stavropol, Rostov və Krasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilmişdi. Nəticədə beynəlxalq hüquq normaları keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının maddələri kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulmuş, 147 nəfər silahsız mülki şəxs amansızcasına öldürülmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 nəfər dinc günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi.\r\nSovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf 7 rayondan əhali zorla qovulmuş, soydaşlarımızın 1 milyon nəfəri öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilmişdir.\r\nYanvar facəsi dəhşətli bir cinayətdir. Biz inanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə bu istiqamətdə aparılan uğurlu fəaliyyət öz müsbət nəticələrini verəcəkdir. Bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Dünya ictimaiyyəti Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq.\r\nArtıq bu faciədən 24 il ötsə də o qanlı gecənin ağrısı həmişə qəlbimizi göynədir. 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Sovet imperiyasının hərb maşınları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda aparılan milli azadlıq mübarizəsini boğmaq üçün Bakıya bir neçə istiqamətdən hücüm edərək, tariximizin ən faciəli günlərindən birini yaratdı. 20 Yanvar Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin yenilməz iradəsinin rəmzinə çevrilmiş vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.\r\nŞəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunmuş şəhidlərimizdən biri də daşkəsənli həmyerlimiz Ülvi Yusif oğlu Bünyadzadədir.\r\nHəmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin, ağır günlərdə xalqla bir yerdə olan ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar facisəi ilə bağlı yüksək səviyyədə çəsarətlə vətənpərvərlik mövqeyi nümayiş etdirmişdir. Ulu öndərimiz 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xarici jurnalistlər qarşısında çıxış etmiş, Mixail Qorbaçovun xaqımıza düşmən siyasətini qətiyyətlə ifşa edərək hadisəyə siyasi-hüquqi qiymət vermiş, özünün etiraz səsini ucaltmışdır. Xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev 20 Yanvar qanlı cinayətinin digər təşkilatçılarını da qəzəblə ittiham etmiş, vətənimizin bütövlüyü, milli müstəqilliyimiz uğrunda canları fəda etmiş bütün şəhidlərin ailələrinə dərin hüznlə baş sağlığı vermiş, onlara Allahdan səbr və dəyanət arzulamışdır.\r\nDaşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev görüş zamanı nitqinə davam edərək bildirdi ki, ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi məsələsi öz həllini tapmışdır. 20 Yanvar tarixi Ümumxalq Hüzn günü elan edilmişdir. 20 Yanvar faciəsini həmişə uca tutan ulu öndərimiz onların adlarının əbədiləşdirilməsinə, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıbdır. Bu gün bu humanist siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.\r\nMöhtərəm Prezidentimiz cənab İlham Əliyev bu qəbildən olan vətəndaşlarımıza- müharibə veteranlarına, şəhid ailələrinə, əlillərə daim diqqət və qayğı göstərir və onların problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifə olaraq bir tələb kimi qarşıya qoyur.\r\nDaşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev böyük minnətdarlıq hissi ilə bildirdi ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttini böyük ustalıqla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın regiondakı, qitədəki, dünyadakı mövqeyini daha da gücləndirməyə nail olub. Ölkə başçısı 20 Yanvar hadisələrinin beynəlxalq müstəvidə siyasi -hüquqi qiymətini alması üçün əlindən gələni edir. Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilən qətliam kimi qiymətləndirərək, həmin məqsədli qırğını beynəlxalq təşkilatların diqqətinə çatdıraraq demişdir ki, 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.\r\nBakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldılıb, Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilib.\r\nBütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva da müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.\r\nAzərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Dövlət Başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə qələbə çalmasına zəmanət verir.\r\nDaşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin Şəhidlər xiyabanında Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşündən sonra ictimaiyyət nümayəndələri hüznlü musiqi sədaları altında Şəhidlər xiyabanını tərk etdilər.\r\n\r\nSahib Əhmədov\r\nRespublika Jurnalistlər Birliyinin üzvü,\r\nDaşkəsən.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 39
  • 19
  • 1,323
  • 4,280
ILK-10 Azeri Website Directory