Gəncədə şəhidlərin xatirəsi anıldı

Gəncədə Şəhidlərin 20.01.2014Anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Şəhidlər Abidə Kompleksi” önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin ruhuna dualar oxunub.\r\nDaha sonra çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqilliyimiz uğrunda canlarından keçən vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirib, “20 Yanvar” hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib.\r\nElmar Vəliyev vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılır. 2014-cü ildə 9 mərtəbəli, 81 mənzilli binanın tikilərək istifadəyə verilməsi nəzərdə tutulub ki, bununla da şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı məsələsi tam öz həllini tapacaq.\r\nŞəhid anası Zenfira Əliyeva Prezident İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə şəhid ailələrinə göstərdikləri hərtərəfli qayğıya görə şəhid ailələri adından minnətdarlıq bildirib.\r\nÇıxışlardan sonra şəhid məzarlarını ziyarət edən İcra başçısı məzarlar önünə tər qərənfillər düzüb və şəhidlərin ruhuna Allahdan rəhmət diləyib.

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory