Azərbaycanın və Böyük Britaniyanın alimləri öz tədqiqatlarının nəticələrini müzakirə etmişlər

Azərbaycan və böyük britaniyanin alimləri 27.03.2014\r\n\r\n \r\n\r\nXəzər Universitetində “Tədqiqatçı əlaqələri” layihəsi çərçivəsində “Azərbaycan və Birləşmiş Krallıqda təhsil liderliyi və siyasəti: məktəblərin təkmilləşdirilməsi ilə bağlı potensialın yaradılması” mövzusunda ilk semınar başlamışdır.\r\nAzərTAc xəbər verir ki, Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin Xəzər Universiteti və Nottinqam Universiteti ilə birgə təşkil etdiyi seminarda Azərbaycan və Böyük Britaniya ali məktəblərindən olan 30-a yaxın tədqiqatçı öz tədqiqat nəticələrini müzakirə edirlər.\r\nMartın 28-də başa çatacaq seminarın açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayt, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı çıxış edərək layihənin əhəmiyyətindən danışmış, gənc tədqiqatçılara uğurlar arzulamışlar.\r\nQeyd edilmişdir ki, “Tədqiqatçı əlaqələri” layihəsinin məqsədi Birləşmiş Krallıq və Azərbaycanda ümumi tədqiqat maraqlarını bölüşən, yeni karyera quran elmi tədqiqatçı qrupları arasında əlaqələrin təşəkkül tapmasına imkan yaratmaqdır.\r\nXanım Elizabet Vayt bildirmişdir ki, seminarın xüsusi maraq doğuran cəhəti burada sadəcə olaraq Britaniya və Azərbaycan arasında tədqiqatların bölüşülməsi deyil, həm də tədbirin mövzusunun Təhsil Nazirliyinın təklif etdiyi məktəblərin inkişafı üçün bacarıqların aşılanması kimi islahatların burada öz əksini tapmasıdır. Ümid edirəm ki, seminarın nəticələri tədqiqatçılar və təhsil siyasətinin qurucuları üçün faydalı olacaqdır.\r\nSeminarın nəticələri yaxın vaxtlarda nəşr ediləcəkdir.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 32
  • 11
  • 1,289
  • 4,279
ILK-10 Azeri Website Directory