HƏRBÇİLƏRİN ÜRƏYİNCƏ OLDU

hərbiçilərin ürəyincə oldu 09.04.2014Novruz rayihəli günlərdə şəhərimizin rəsmiləri hərbçilərin görüşünə bayram sovqatları, mədəniyyət nümayəndələri ilə birgə gəlmişdilər.\r\nDövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin ərazisi bayramsayağı bəzədilmişdi. Yurdumuzun, elin-obanın ən ləzzətli təamları düzülmüşdü süfrələrə. Novruzun sevimli şirniyyatları — şəkərbura və paxlavalar, qoğallar, yamyaşıl səmənilər gözləri oxşayır, qəlbləri açırdı.\r\nBayram tədbirində əsgərlər önündə hərbi hissənin komandiri, polkovnik-leytenant Ramin Bağırov, ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov, Qarabağ qarnizonunun hərbi prokuroru, ədliyyə polkovniki Namiq Muradov, «Kür» qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı çıxış etdilər. Hərbçiləri xalqımızın ən əziz bayramı münasibəti ilə təbrik edərək, vurğuladılar ki, güclü Azərbaycan dövləti öz qüdrətli ordusu ilə fəxr edir. Dövlət müstəqilliyini və suverenliyini təsdiq edən amillərdən ən başlıcası sayılan ordu xalqımızın sakit, dinc həyatının keşiyində mətanətlə durur. Və müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun yaradılması prioritetdir. Bu gün sizin üçün, hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirmələri naminə burada hər cür şərait yaradılmışdır, hər tərəfdən abadlıq, səliqə, gözəllik və təravət insanı əhatə edir. Belə şəraitdə sizdən əla xidmət, Vətənin keşiyində sədaqətlə, mərdliklə durmaq, onun düşmənlərinə layiq olduğu yeri göstərmək istənilir.\r\nSöz hərbçilərə verildi. Çevik, bacarıqlı, idmançı əsgərlər meydanda öz məharətlərini nümayiş etdirdilər, təkbətək, kollektiv manevrlər, kəşfiyyat xarakterli nömrələr baxanların qəlbində inam, qətiyyət hissləri doğurdu.\r\nBayram tədbirində «N» saylı hərbi hissənin tərkibində fəaliyyətdə olan «Nur» uşaq bağçasının fidanları, tərbiyəçi-müəllimləri də hərbçiləri təbrik edənlərə qatıldılar, əsgərlərlə deyib-güldülər, rəqs etdilər. Musiqili, sözlü-söhbətli Novruz mərasimində hərbçilər təravətli nəğmələr dinlədilər, şən rəqslər etdilər.\r\nSonda xidmətdə fərqlənən hərbi qulluqçulara rəhbərlik tərəfindən Fəxri fərmanlar və hədiyyələr təqdim olundu. 2014-cü ilin Novruzunda «N» saylı hərbi hissənin hərbçiləri unudulmaz bir gün yaşadılar.\r\n\r\nNatiq CƏFƏROV,\r\nYevlax.

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory