Prezident İlham ƏLİYEV: Bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir

Prezident İlham Iliyev bu gün Naxçıvan 12.04.2014Naxçıvanın qədim dövlətçilik tarixi var. Hətta qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan olub.Təsadüfi deyildir ki, 90 il bundan əvvəl Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Söz yox ki, ölkəmizin ərazi bütövlüyünə qarşı zaman – zaman ədalətsizlik, qeyri – obyektivlik olub. Bütün bunlara baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü bu gün də beynəlxalq aləmdə tanınır və dəstəklənir. Nankor qonşumuz olan Ermənistan dövləti Naxçıvanı blokada şəraitində saxlasa da, onlar öz çirkin niyyətlərinə nail ola bilməyiblər. Bu gün Naxçıvan sürətlə inkişaf edir, bu məkanda bütün məsələlər uğurla inkişaf edir.\r\nAzərbaycan regionlarının sürətli inkişaf yolunda inamla irəliləməsi ölkə başçısının həyata keçirdiyi düşünülmüş strategiyanın nəticəsidir. Artıq dünya birliyi də təsdiqləyir ki, Azərbaycan inamla, uğurla inkişaf edən müstəqil dövlətdir. Respublikamız, sözün əsl mənasında, müstəqil dövlət kimi öz məntiqli siyasətini aparır. Azərbaycan xalqı bu inkişafı görür və ölkəmizin beynəlxalq aləmə sürətli inteqrasiyası hər bir soydaşımızda qürur hissi yaradır. Son on ilin nəticələri bir daha təsdiqləyir ki, bu illər ərzində ölkəmiz böyük uğurlara imza atıb. Bunu dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da təsdiqləyir. Onu da qeyd edək ki, son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci bir ölkə olmamışdır. 10 il ərzində iqtisadiyyatımız 3 dəfə artmışdır. Uzun illərdən bəri əhalini ciddi narahat edən işsizlik problemi, demək olar ki, aradan qaldırılmaq üzrədir. Yoxsulluq səviyyəsi ən aşağı həddə çatıb. Sevindirici haldır ki, Azərbaycan bu gün bütün iqtisadi parametrlər üzrə ən qabaqcıl dövlətlərlə eyni səviyyədədir, bəzi göstəricilər üzrə hətta bir sıra inkişaf etmiş ölkələri də qabaqlayır. Bir faktı qeyd edim ki, respublikamızın dövlət xarici borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir.\r\nAzərbaycanda böyük həcmdə valyuta ehtiyatları yaradılmış, bu da ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir. İnfrastruktur layihələrinin həyata keçirilməsinə qoyulan vəsait bu gün ölkəmizin hər bir yerində özünü göstərir. Bu da nəzərdə tutulan iri infrastruktur layihələrinin reallaşdırılmasında öz müsbət rolunu oynayır və yeni imkanlar açır. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə, Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir. Bu isə o deməkdir ki, aparılan islahatlar, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik qazanılan uğurlarımızı şərtləndirir.\r\nBu məsələlər barəsində möhtərəm Prezidentimiz İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki geniş nitqində ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda siyasi islahatlar uğurla aparılır. Artıq ölkəmizdə azad cəmiyyət formalaşmış, siyasi fəaliyyət, mətbuat, internet, sərbəst toplaşmaq, vicdan azadlığı, ümumiyyətlə, bütün azadlıqlar üçün geniş şərait yaradılmışdır. Dünya birliyi də Azərbaycanın demokratik dövlət olduğunu və demokratik proseslərin inkişafına önəm verdiyini yüksək dəyərləndirir.\r\nÖlkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Respublikamız dünya ictimaiyyəti tərəfindən yüksək səviyyədə dəstəklənir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilər zamanı dünyanın 155 ölkəsinin Azərbaycanı dəstəkləməsi də bundan xəbər verir. Dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etməsi ölkəmizin dünya birliyinə inteqrasiyasından və sürətlə artan reytinqindən xəbər verir. Azərbaycanın son 10 il ərzində qazandığı uğurlar barəsində daha çox faktlar sadalamaq mümkündür. Bütün bunlar regionların da inkişafına öz müsbət təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası da məhz belə inkişaf etmiş regionlardandır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı demişdir: “Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir”.\r\nAzərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ölkəmizdə baş verən anarxiya, xaos və özbaşınalıq Naxçıvanda da özünü büruzə vermişdir. Lakin ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə regionda demokratik ənənələr bərpa olunmuş, qanunazidd əməllərə son qoyulmuş və muxtar respublikada həyat tədricən öz axarına düşmüşdür. Möhtərəm Prezidentimiz İlham Əliyev muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində də bu barədə danışarkən demişdir ki, Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.\r\nƏfsuslar olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanmışdı. Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül etmiş və muxtar respublika üçün çox ağır bir dövr başlamışdır. Biz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi. Xoşbəxtlikdən, yenə də ulu öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər.\r\nMəhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar, həmişə olduğu kimi, müdriklik göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir. Ölkə başçısı qeyd etmişdir ki, həmin dövrdə Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur. Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də ulu öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. O vaxt ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan Milli Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini möhkəmlətdi və Naxçıvanın sonrakı inkişafının əsasını qoydu. Naxçıvanda bu gün 438 sənaye müəssisəsi fəaliyyət göstərir. Həm də bütün bunlar son 15 il ərzində yaradılıb. Bütün bu müəssisələr Naxçıvan blokada şəraitində olduğu dövrdə qurulub. Hazırda Naxçıvan sürətlə inkişaf edir. Muxtar respublikada bütün layihələr uğurla icra edilir. Son 10 ildə ölkə başçısının bu regiona 11 dəfə səfər etməsi həmin inkişafa yüksək təkan vermişdir. Dövlətimizin başçısı Naxçıvana sonuncu səfəri zamanı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonrakı açılışında, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Möhtərəm Prezidentimiz, həmçinin Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının, Gənclər Mərkəzinin və Naxçıvanın Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak etmişdir. Ölkə başçısı yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Biznes Mərkəzində yaradılan şəraitlə də tanış olmuşdur.\r\nAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev səfər çərçivəsində “N” saylı hərbi hissədə yeni texnika və silahlara baxmışdır. Dövlətimizin başçısı Naxçıvanda hərbi potensialın yüksək səviyyədə olduğunu yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə Naxçıvanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır. Azərbaycan dövləti zəngin dövlətdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır.\r\nBu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni, bundan sonrakı illərdə də Naxçıvanın hərbi gücünün artırılması üçün əlavə tədbirlər görüləcəkdir”.\r\nNaxçıvan Muxtar Respublikasının inkişafının 2003-cü ildən sonrakı dövrünə diqqət yetirdikdə bir daha aydın olur ki, regionun dinamik inkişafı tamamilə təmin olunmuşdur.\r\nAzərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da öz çıxışında bu uğurları diqqətə çatdıraraq demişdir: – 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olmuşdur. 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artmışdır. 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır. Görülən tədbirlər nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi də təmin olunmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 14 illik fasilədən sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilmişdir. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Əgər Sovetlər Birliyi dövründə muxtar respublika üzrə cəmi 33 min abonentə təbii qaz verilirdisə, indi artıq 81 mindən çox abonent təbii qazla təmin olunur. Əgər 2003-cü ilə qədər muxtar respublikada 1 su elektrik stansiyası vardısa, indi 6 yeni elektrik stansiyası yaradılmışdır.\r\nƏsas kapitala yönəldilən dövlət investisiyalarının həcmi də 2003-cü illə müqayisədə 4 dəfə artmışdır. Son 10 ildə 227 inzibati bina, mənzil təsərrüfatı üzrə 42 obyekt, 29 nasos stansiyası tikilmiş, 150 subartezian quyusu istifadəyə verilmişdir. Kənd və qəsəbələrin inkişafı da diqqətdə saxlanmış, 104 kənd və qəsəbə mərkəzi tikilərək istifadəyə verilmişdir. Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, Naxçıvan şəhər su anbarı və sutəmizləyici qurğular kom-\r\npleksi yaradılmışdır.\r\nMuxtar respublikada yol-\r\nnəqliyyat kompleksinin yeniləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər görülür. Son illər muxtar respublikada 725 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 16 körpü tikilmişdir. Əhalinin 70 faizdən çoxunun kənddə yaşaması kənd təsərrüfatını muxtar respublika iqtisadiyyatının əsas sahələrindən birinə çevirmişdir. Məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq istifadəçilərinin suvarma suyu, gübrə, müasir texnika və avadanlıqlarla təmin olunması torpağa bağlılığı daha da artırmışdır. Bunun nəticəsidir ki, 2003-cü illə müqayisədə taxıl istehsalında 41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və giləmeyvə istehsalında 46 faiz artım əldə olunmuşdur. Tələbata uyğun olaraq quşçuluğun və balıqçılığın inkişafı dəstəklənmiş, ötən 10 il ərzində 60 yeni quşçuluq, 11 balıqçılıq təsərrüfatı istifadəyə verilmişdir. Hazırda muxtar respublikada 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılmış, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faiz təşkil etmişdir. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlmiş, ötən 10 il ərzində 59 min yeni iş yeri açılmışdır ki, bunun da 43 minə yaxını daimi iş yeridir.\r\nAli Məclisin sədri demişdir ki, Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. İnformasiya-kommunikasiya sahələri sürətlə inkişaf etdirilir. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmiş, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Muxtar respublikanın yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 80 faizində isə simsiz internet xidməti göstərilir. Azərbaycanın ilk peykinin orbitə buraxılması Naxçıvan Muxtar Respublikası ərazisində də keyfiyyətli yayım imkanı yaratmışdır. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” icra olunmuş, orta ümumtəhsil məktəblərində hər 14 şagirdə 1 kompyuter dəsti olmaqla 3409 kompyuter, 551 elektron lövhə quraşdırılmışdır. Quraşdırılmış kompyuterlərin 84 faizinin birbaşa internetə çıxışı təmin olunmuşdur.\r\nQeyd olunan dövrdə ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin tikintisinə də diqqət artırılmış, 56 min 926 şagird yerlik 142 orta məktəb binası, 17 uşaq bağçası, 17 məktəbdənkənar müəssisə, 20 uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq gənc nəslin istifadəsinə verilmişdir. Məktəb tikintisində ümummilli liderimizin adını daşıyan fond da yaxından iştirak etmiş, fondun təşəbbüsü ilə 8 məktəb binası tikilmişdir.\r\nAli və orta ixtisas məktəbləri, elm ocaqları üçün bina və korpusların tikintisi də davam etdirilmiş, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin institutları üçün 3 korpus yenidən qurulmuş, Batabat Astrofizika Rəsədxanası, Bioresurslar İnstitutunun Nəbatat bağı üçün inzibati binalar, Naxçıvan Dövlət Universiteti üçün 6 tədris korpusu və Elektron Kitabxana tikilmişdir.\r\nƏhali gəlirlərinin həcmi 2003-cü illə müqayisədə 2013-cü ildə 10 dəfə artmışdır. Hər bir nəfərə düşən gəlirin həcmi 2003-cü ildəki 458 manata nisbətən 9 dəfə artaraq 4028 manata qalxmışdır.\r\nAzərbaycan Prezidenti Naxçıvanda görülmüş işləri yüksək qiymətləndirərək demişdir: “Son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.\r\n\r\nƏliqismət BƏDƏLOV.

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory