AQRAR SAHƏ

ƏKİNÇİLƏRİN YAZ QAYĞILARI\r\nYurdumuza baharın gəlişi onun təbiətinə yaraşıq verməklə yanaşı aqrar sahədə çalışan insanların qayğılarını da artırıb. Bildiyiniz kimi insan həyatı üçün zəruri olan ərzaq və maddi nemətlər bolluğunun təməli məhz bu fəsildə qoyulur.\r\nHəmişə olduğu kimi cari ildə də rayonumuzun kəndli-fermer təsərrüfatları, pay torpaq sahibləri baharın ilk ayından qızğın hazırlıq işləri görmüşlər. Onlar öhdələrində olan əkin üçün yararlı torpaqların vaxtında şumlanmasını, suvarma kanallarının, arxlarının çəkilməsini, torpağa üzvi və mineral, həmçinin digər qidalandırıcı gübrələrin verilməsini həyata keçirmişlər. Məhz bunun nəticəsidir ki, aprel ayının 10-dək rayonumuzun aqrar sahəsində 2014-cü ilin payızlıq əkin kampaniyası uğurla davam edir. Cəmi 13565 hektar sahəyə taxıl sərilmişdir.Bunun 6800 hektarını buğda, 6764 hektarnı isə arpa təşkil edir.\r\nƏsasən rayonumuzun Malbinəsi, Qoyunbinəsi, Kövər, Nemətabad, Qaramanlı, Qaraməmmədli kəndlərində və Aran qəsəbəsində kənd təsərrüfatının, xüsusilə insan həyatı üçün əvəzedilməz nemət olan «sarı kəhraba»nın əkilməsinə geniş önəm verilir. Təkcə onu demək kifayətdir ki, Nemətabadda 1078, Qoyunbinəsində 1055, Aran qəsəbəsində 1453, Qaramanlıda 989, Qaraməmmədlidə 974, Kövər kəndində isə 922 hektara taxıl əkilmişdir. Kənd təsərrüfatı mütəxəsisləri əvvəlcədən yüksək aqrotexniki qaydalara əməl edilərək əkin üçün hazırlanmış sahələrdən bol məhsul götürüləcəyini proqnozlaşdırırlar. Rayonumuzda aqrar sahədə digər bitkilərin əkini də diqqət mərkəzində saxlanılır. Aprelin birinci ongünlüyünə olan məlumata görə 240 hektarda kartof, 396 hektarda isə müxtəlif növ tərəvəz bitkiləri əkilmişdir.\r\nKəndli-fermer təsərrüfatlarının kollektivləri heyvandarlığın inkişafında böyük əhəmiyyət kəsb edən təzə yonca səpinini də unutmamışlar. Onlar bu günədək 8312 hektarda təzə yonca səpmişlər.\r\n\r\nEmin CABBARLI,\r\nŞİHB Aparatında Aqrar məsələlər\r\nşöbəsinin aparıcı-məsləhətçisi.

Şərhini bildir

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory