Novruz MƏMMƏDOV: Prezident İlham Əliyev Türkiyə ilə dostluqda, qardaşlıqda nə dərəcədə etibarlı olduğunu bir daha nümayiş etdirdi

Novruz Məmmədov 24.04.2014\r\n\r\n \r\n\r\n“Biz bir daha şahidi olduq ki, doğrudan da Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin səviyyəsi nə yerdədir. Azərbaycan Prezidenti İlham Əliyev doğrudan da dostluqda, qardaşlıqda, tərəfdaşlıqda nə dərəcədə etibarlı olduğunu bir daha nümayiş etdirdi”.\r\nTrend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı sammitində Ermənistan Prezidenti Serj Sarkisyana cavabına münasibət bildirərkən demişdir.\r\nPA rəsmisi qeyd etmişdir ki, bu, həqiqətən də iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir və bundan sonra da Azərbaycan və Türkiyə məhz bu ruhda öz tərəfdaşlıqlarını, qardaşlıqlarını, əməkdaşlıqlarını davam etdirəcəklər: “Son bir neçə gün ərzində türk aləmi bununla bağlı yüz minlərlə mövqe bildirdi”.\r\nQeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində Ermənistan Prezidenti Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı çıxışına sərt və tutarlı cavab vermişdir.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 98
  • 25
  • 949
  • 4,938
ILK-10 Azeri Website Directory