Ay Laçın, can Laçın (VİDEO)

Ay Laçın can Laçın 1 18.05.2014Olmadıq qurban Laçın!\r\n Hər il may ayının 18-də Laçın rayonu, Azərbaycanın Başıpozuq silahlılarının pinti sürətdə geri çəkilməsi, mülki əhalinin öz yerini boşaltması və Çingizin tarıma çəkilmiş əsəb telləri üstündə təhvil olur. Laçın idik, qaranquşlaşdıq.\r\nMayın 18-də Erməni Silahlı Qüvvələri 11 minlik ordu ilə Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu ərazisindən Laçına hücuma keçdiyi bir vaxtda bizim əsgərlər hələ də əsgər marşı oxuyurlar. Əslində onlara bu marşı oxutduran rəhmətlik Çingizdir. Xeyr, onun niyyəti sadəcə çəkiliş aparmaq deyil, əsgərlərdə döyüş ruhunu oyatmaqdır. Amma nə mənası var? Qaçan qaçıb, satan satıb, geriyə qalan bu uşaqlardır.\r\nƏsgərlərdən biri deyir ki, qeyrətli oğlanlar vuruşur, biqeyrətlilər qaçıblar. Heç maraqlanan da yoxdur.\r\nSonradan Laçının müdafiəsinə cavabdehlər belə danışacaqdılar ki, Ermənistanla sərhədə 5 min 500 mina düzmüşdük və Ermənistan tərəfdən hücumun olacağına inanmırdıq. Əsas hücumun Dağlıq Qarabağ tərəfindən olacağı ehtimal edilirdi. Buna uyğun da ehtiyat tədbirləri görülmüşdü. Amma qüvvələrin Dağlıq Qarabağ istiqamətindən çıxarılıb başqa istiqamətə göndərilməsi xəyanət idi və bunu düşmən yox, özümüzünkülər etmişdi. Hər halda, bunlar illər sonra danışılacaqdı. Hələlik danışılan başqa söhbətlərdir. Məsələn, kəşfiyyat rəisi Vaqif Salmanov Şuşa-Qaladərəsi yolunda, Laçından Şuşaya gedən yolun 8-9-cu km-liyində yerləşən körpünün partladılmasını öz üzərinə götürür. Bu, işğalçı quvvələrin Laçına girişinin qarşısını müəyyən qədər alacaq, əhalinin qalan hissəsi Laçından çıxarılacaqdı.\r\nKörpü partladılır. Amma uğursuzluq burda da özünü göstərir. Körpünü tam partlatmaq mümkün olmur. Hətta mümkün olsa da, bu, Laçının əldə saxlanılması anlamına gələ bilməz. Qüvvələr nisbəti də, döyüş qabiliyyəti də, nizam-intizam da, vahid komandanlıq da bizim əleyhimizədir.\r\nLaçının işğalı nəticəsində 264 nəfər şəhid olur, 65 nəfər girov götürülür, 64 min nəfər isə məcburi köçkünə çevrilir. Bu gün aktual olan sual həm də budur. Həmin bu 64 min nəfər məcburi köçkünə çevrilməyə bilərdimi? Bəyəm, ermənilər 64 min nəfəri öldürmək iqtidarına qadir idimi? Yəni, əhali Laçını qoyub qaçmasaydı, nə baş verərdi?\r\nQarabağ müharibəsini lentə alan jurnalist Vahid Mustafayevin sözlərinə görə, sözsüz ki, əhali Şuşada, Laçında, Qubadlida, Zəngilanda qalsaydılar, bu gün Azərbaycan dövlət nümayəndələrinə Ermənistanla danışıqlar aparmaq da rahat olardı: “Bilirsiz, o torpaqlar işğal olunmasaydı, o torpaqlarda azərbaycanlılar yaşayardı. Böyük bir əhali olardı. Onda onlarla biz təmasda olardıq. Bir növ partizan hərəkatı olardı . Amma çox təəssüf olsun ki, tələyə düşdük” .\r\nİndi düz 22 ildir ki, bu tələdən çıxa bilmirik. Tələni quran, türklər demişkən “Meşə tülküsü”nün ta kəndisi idi. Bəli, dərələr xəlvət olanda orada həmişə tülkülər bəylik edir. Hərçənd, bir vaxtlar Laçına bəyliyi Qəmlolar, Kərbalayilər edərdi. Heyif səndən Kərbalayi, heyif səndən Laçın.\r\n\r\nAy Laçın can Laçın 18.05.2014\r\nhttp://youtu.be/uMS9ACmVHrw\r\nMənbə\r\nANS TV: Ləman Ələşrəfqızı

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory