Rusiya azərbaycanlı mütəxəssislər hazırlayacaq

Rusiya Azərbaycanlı 04.07.2014Rusiya azərbaycanlı mütəxəssislər hazırlayacaq Moskva Energetika İnstitutu atom energetikası sahəsində azərbaycanlı mütəxəssislərin hazırlanması ilə məşğul olacaq.\r\n Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.\r\nİkitərəfli əməkdaşlıq məsələlərinə Bakıda Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ilə institutun rektoru Nikolay Roqolyov arasındakı görüşdə baxılıb.\r\nGörüş çərçivəsində atom energetikasının inkişafı sahəsində əməkdaşlığın imkanları, bu sahədə kadrların hazırlanması və tematik konfransların birgə təşkili müzakirə edilib.\r\nƏ.Abbasov Azərbaycanda yüksək texnologiyalar sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar və bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.\r\nO, kadr potensialının inkişafının vacibliyini qeyd edib. Nazirin sözlərinə görə, burada təhsil müəssisələri xüsusi rol oynayır. Sahənin mütəxəssislərinin hazırlanması üçün ölkədə, eləcə də respublikanın hüdudlarından kənarda bilik qazanmaq üçün lazımi şərait yaradılıb. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üzrə Dövlət Proqramı çərçivəsində hər il 1,5 min tələbə dövlət hesabına bir çox ölkələrdə təhsil alır: “Ümid edirik ki, Moskva Energetika İnstitutu bu proqrama qoşula bilər və biz istərdik ki, yeni tədris ilindən başlayaraq ilkin mərhələdə 10 azərbaycanlı tələbə bu ali məktəbdə təhsil alsın”.\r\nƏ.Abbasovun təklifi institutun rəhbərliyi tərəfindən bəyənilib və buna uyğun olaraq cari ildən etibarən Moskva Energetika İnstitutunda kadrların hazırlanmasına dair razılaşma əldə olunub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 156
  • 25
  • 942
  • 2,816
ILK-10 Azeri Website Directory