Ermənilərin səhifəsi bağlandı

Ermənilərin səhifəsi bağlandı 23.07.2014İyulun 23-də – Ağdamın işğalının 21-ci ildönümü günündə AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu ermənilərin ən çox istifadəçisi olan “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasına ərazi iddialarını qondarma faktlarla əsaslandırmağa çalışan “Nakhichevan belongs to Armenia” səhifəsinin bağlanmasına nail olub.\r\nAzərTAc xəbər verir ki, ermənilər həmin səhifədə Naxçıvanın guya qədim Ermənistan torpağı olduğu barədə ingilis dilində saxtalaşdırılmış məlumatlar yayır, bu məsələyə dair üzdəniraq erməni “tarixçilərinin” ortaya atdıqları qondarma faktları yayırdılar. Məlumatların inandırıcı olması üçün onlar səhifəyə Naxçıvan Muxtar Respublikası ilə bağlı videosüjetlər də yerləşdirir, guya qədim Azərbaycan diyarının ərazisində ermənilərin tarixi abidələrinin dağıdılması, erməni qəbirlərinin yox edilməsi barədə əsassız informasiyalar paylaşırdılar.\r\nBununla bağlı sosial şəbəkənin əksər azərbaycanlı istifadəçiləri “Facebook”a səhifənin bağlanması tələbi ilə çoxsaylı şikayət ünvanlasalar da bir nəticə hasil olunmamışdı.\r\nAzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu ermənilərin təxribat xarakterli addımlarının qarşısını almaq üçün “Facebook” sosial şəbəkəsinin rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə konkret faktlar əsasında bu səhifənin fəaliyyətinin beynəlxalq hüququn normaları ilə daban-dabana ziddiyyət təşkil etdiyi və tarixi saxtalaşdırmaq məqsədi daşıdığı tam dolğunluğu ilə əksini tapıb.\r\nBu əsaslandırılmış müraciətə operativ reaksiya verən “Facebook” rəhbərliyi məsələni dərhal araşdırıb və “Nakhichevan belongs to Armenia” səhifəsinin bağlanmasına dair qərar qəbul edib.\r\nBununla bağlı “Facebook” rəhbərliyinin AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevə göndərdiyi məktubda deyilir: “Şikayətinizlə əlaqədar “Nakhichevan belongs to Armenia” səhifəsinin saxlanılması barədə əvvəllər qəbul etdiyimiz qərarı dəyişməli olduq. Müraciətiniz əsasında ermənilərin açdıqları səhifə ilə bağlı bütün məsələləri ciddi araşdırdıq və sosial şəbəkə standartlarımızın tələblərini kobud surətdə pozduğuna görə həmin səhifəni ləğv etdik. Haqlı tələbinizə görə təşəkkür edirik”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 148
  • 108
  • 1,009
  • 4,836
ILK-10 Azeri Website Directory