Göygöl: Rayon Suvarma Sistemləri İdarəsi:

Yarım ilin yekunları fərəhləndiricidir\r\nAzərbaycan dünya iqtisadiyyatına surətlə inteqrasiya edir və bütün beynəlxalq qurumlar iqtisadi inkişaf, yüksəliş sahəsində qazandığımız uğurları yüksək dəyərləndirirlər. Bu hər şeydən əvvəl ölkəmizdə aqrar sahənin inkşafına göstərilən qayğı və diqqətin təzahürü kimi nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, möhtərəm prezidentimiz Cənab İlham Əliyev “2008- 2015- ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsində suvarılan sahələrin genişləndirilməsi, meliorasiya və suvarma proqramlarının uğurla yerinə yetirilməsi üçün əlavə tədbirlərin görülməsi məqsədilə əlavə vəsait ayrılması, kənd təsərrüfatının intensiv yollarla inkşaf etdirilməsi, məhsuldarlığın artırılması ilə yanaşı əkin sahələrinin genişləndirilməsi və Azərbaycanda torpaq azlığını nəzərə alaraq onun hər qarışından səmərəli istifadə olunması üçün müvafiq tədbirlərin görülməsini tapşırmışdır.\r\nHəmin vəzifələrin uğurla yerinə yetirilməsi istiqamətində bizim Göygöl rayonunda da uğurlu işlər görülür. Möhtərəm prezidentimizin tapşırıqlarına və tövsiyyələrinə can- başla əməl edilir.\r\nBildiyimiz kimi, rəhbərlik etdiyim Rayon Suvarma Sistemləri idarəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayonu ərazisində yerləşən yerli istismar təşkilatıdır. Onun əsas vəzifəsi rayonun ərazisində melioriya və su təsərrüfatında xidmətlər göstərməkdən, torpaqların su təminatını həyata keçirməkdən, mülkiyyətində olan meliorasiya və irriqasiya Sistemlərinin istismarını təşkil etməkdən və bunun zəminində digər zəruri işləri yerinə yetirməkdən ibarətdir.\r\nBiz su istehlakçılarınını, iri və xırda torpaq sahibkarlarını suvarma suyu ilə təmin edir, mülkiyyətimizdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarını uğurla həyata keçirirk. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təsdiq edilmiş xərclər smetasına və ştat cədvəlinə uyğun olaraq istismar və təmir- bərpa işləri görürük.\r\nİdarəmizin istismarında 197 sub- artezian quyusu, 10 stasionar elektrik nasos stansiyası vardır . Eyni zamanda balansımızda 1645 kilometr məsafədə təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalları da mövcuddur. Bir ədəd baş qurğu da istismarımızdadır. Kanallar suvarma suyunu əsasən Gəncəçay baş qurğusu vasitəsilə Gəncə çayından, Kürəkçaydan və Qoşqarçaydan götürür.\r\nBiz aqrar sahənin inkşafına əsas zəmin olan suvarma sistemləri vasitəsilə Göygöl rayonunda, Gəncə şəhərində və qismən qonşu Daşkəsən rayonunda 12510 hektar sahəni suvarırıq. Eyni zamanda sub- artezian quyuları vasitəsilə tələbatı olan istehlakçıların məişət və kommunal suyuna olan ehtiyaclarını da ödəyirik.\r\nXidmət etdiyimiz əraziləri əhatə edən 3 sudan istifadə edənlər birliyi fəaliyyət göstərir. 2014- cü ilin birinci yarısında 20 ədəd HTQ, 13 ədəd HP cari təmir edilmişdir. Beton örtüklü kanallardan Xan arxının 07 kilometrlik hissəsində əsaslı, Çaykənd nasos stansiyasının binasında və 15 quyuda cari təmir işləri görülmüşdür. Kanalların lildən təmizlənməsinə də xüsusi diqqət yetirilmiş, bu sahədə 196 min KBM torpaq işi görülmüşdür.\r\nÇay məcralarının təmizlənməsi də diqqətdən yayınmamış, 121 min KBM həcmində iş görülmüşdür.\r\nKeçən 6 ay ərzində sudan pullu istifadəyə görə 16, 2 min manatlıq icra aktı tərtib edilmiş, cəmi 4, 8 min manat vəsait toplanmışdır.\r\nİdarə üzrə ayrıcdan verilən su 32444 min KBM olmuşdur. Nasos stansiyaları üzrə enerji sərfiyyatı 459, quyular üzrə 9314 min KVT olmuşdur. Bütün nasos stansiyaları və quyular sayğac və cərəyan transformatorları ilə təchiz olunmuşdur. Quyular vasitəsilə 4777, nasos stansiyaları vasitəsilə isə 12 94 hektar sahə suvarılır.\r\nKeçən 6 ay ərzində taxıl sahələri 3, yonca sahələri 2, həyətyanı sahələr isə 2 dəfə suvarılmışdır. Keçən il 2 ədəd nasos stansiyasında təmir- bərpa işləri görülmüşdür. Bu ilin keçən dövründə 8 quyu qazılması planlaşdırılıb . Hazırda birinci quyuda gərgin iş gedir. İlin sonunadək 3 nasos stansiyasının tam bərpası, 5 sub- artezian quyusunun isə təmir- bərpası nəzərdə tutulmuşdur.\r\nBəli, regionların sosial- iqtisadi inkşafı Dövlət Proqramına uyğun olaraq bütün sahələrdə geniş quruculuq işləri görülür, irriqasiya işlərinin tam qaydaya salınması istiqamətində canlı iş aparılır, bələdiyyə torpaqlarının, həyətyanı sahələrin, huquqi və fiziki şəxslərə məxsus olan torpaqların vaxtında suvarılması, kənd təsərrüfatı məhsulları bolluğu yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Ən başlıcası isə möhtərəm prezidentimizin qayğı və diqqəti sayəsində rayonumuzda meliorasiya və irriqasiya işlərini daha uğurla yerinə yetirmək üçün bölgələrimizə xarici ölkələrdə istehsal olunan müasir tipli maşın və mexanizmlərin verilməsi prosesi surətlə davam etdirilir. Fərəhlidir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti son illər bizim Göygöl rayon Suvarma Sistemləri idarəsinə də bir sıra yeni tipli texnika ayırmışdır. Bu bizim cari təsərrüfat ilini uğurla başa vurmağımıza böyük stimul verir.\r\n\r\nİlqar Məhərrəmov,\r\n Göygöl Rayon Suvarma Sistemləri\r\n İdarəsinin Rəisi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 322
  • 206
  • 1,078
  • 4,129
ILK-10 Azeri Website Directory