UCARIN MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK

7Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi\r\n\r\n(əvvəli ötən sayımızda)\r\n\r\nMədəniyyətin inkişafına\r\nümumrayon marağı yeni uğurlara aparır\r\n… Və bu gözəl ənənələr müəyyən dövr bir qədər öləziyib durğunlaşsa da, son illər yenidən özünü göstərməkdə, rayonun mədəni həyatında xüsusi yer tutmaqdadır.\r\nBu gün Ucar Rayon Mədəniyyət və Turizm Şöbəsi 18 şəhər və kənd mədəniyyət evlərini, 6 mədəniyyət klubunu, tarix-diyarşünaslıq muzeyini birləşdirir. Son illər xüsusi memarlıq üslubunda inşa edilmiş yeni Heydər Əliyev Mərkəzi isə rayon əhalisinin ən çox üz tutduğu, sevdiyi məkandır.\r\nQeyd etmək lazımdır ki, son illər rayondakı mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti xeyli yaxşılaşdırılmışdır. Rayon mədəniyyət evinin köhnə inventar və avadanlıqları yeniləri ilə əvəz edilmiş, otaqlar kondisioner, kompüter, televizor və digər avadanlıqlarla təchiz edilmişdir. Uşaq musiqi məktəbi, MKS, tarix-diyarşünaslıq muzeyi və başqa mədəniyyət müəssisələri də inventar və avadanlıqlarla təmin olunmuşdur.\r\nKlub tipli mədəniyyət müəssisələrində xalq yaradıcılığı, özfəaliyyət işinin vəziyyəti xeyli yaxşılaşdırılmışdır. Rayon mədəniyyət evində xeyli kollektiv fəaliyyət göstərir və bu kollektivlər vaxtaşarı müxtəlif tədbirlərdə çıxış edir, ustalıqlarını artırırlar.\r\nEləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında” Dövlət Proqramının icrası ilə əlaqədar rayonda mədəniyyət və turizm şöbəsi xətti ilə bir sıra işlər görülmüşdür. Eyni zamanda istedadlı yeniyetmələrin və gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edən dövlət proqramının icrası istiqamətində mədəni-kütləvi tədbirlər hazırlanıb həyata keçirilmişdir.\r\n\r\nTədbirlərin ardıcıllığı\r\n\r\nBiz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Alı Babayevlə söhbətimiz zamanı şöbənin fəaliyyəti barədə daha geniş məlumatlar əldə etdik. A.Babayev eyni zamanda son bir il ərzində görülmüş tədbirlər barədə də söhbət açaraq mövzuya müəyyən istiqamət verdi:\r\n- Sizə bildirməliyik ki, ümumi fəaliyyətimizin əsasını təşkil edən mədəni-kütləvi tədbirlərin hazırlanıb həyata keçirilməsində ümumi tendensiyalara arxalanaraq daim yeniliklərə doğru istiqamət götürürük. 2014-cü ilin ilk günlərindən başlayaraq tədbirlərin daha dolğun və məzmunlu alınması üçün bütün müəssisələrin mövcud imkanlarından lazımınca istifadə etməyə çalışmışıq.\r\nBu tədbirlər içərisində 20 yanvar faciəsinin ildönümü münasibətilə mədəniyyət müəssisələrində keçirilmiş xatirə tədbirləri, “Şəhidlər Xiyabanında” anım mərasimi, 2 fevral “Gənclər günü” münasibəti ilə Heydər Əliyev Mərkəzində hazırlanmış konsert, 8 mart Beynəlxalq Qadınlar günü, 28 may “Respublika günü”, 15 iyun “Milli Qurtuluş günü” münasibəti ilə keçirilmiş tədbirlər xüsusilə diqqət mərkəzində olmuşdur.\r\nƏhalinin asudə vaxtının təşkilində mühüm rol oynayan xalqımızın milli bayramı olan “Novruz” bayramının rayonda geniş şəkildə qeyd edilməsi üçün Mədəniyyət və Turizm şöbəsi tərəfindən xeyli iş görülmüşdür. Tədbirdə rayon mədəniyyət evinin “Yallı” rəqs qrupunun, “Bahar” xalq çalğı alətləri ansanblının, İncəsənət məktəbinin şagirdlərindən ibarət “Xalq çalğı alətləri” “Nağaraçılar” ansambllarının çıxışları xüsusilə diqqətəlayiq olmuşdur.\r\nƏhalinin asudə vaxtının səmərəli təşkilində rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun 2 şəhər filialı fəal iştirak etmişdir. MKS və onun fəallarında “Tarixin qan yaddaşı”, “Böyük faciə”, “Qanlı yanvar”, “Şəhidlik ucalıqdır”, “Bəşər tarixinin dəhşətli faciəsi”, “Xocalı faciəsi ilə əlaqədar”, “Xocalı harayı”, “Əsrin Xocalı faciəsi” və s. Azərbaycanlıların Soyqırım günü ilə əlaqədar “Tariximizin qan yaddaşı”, “Soyqırımın qurbanları unudulmur”, “Azərbaycanlılara edilən vəhşilik”, “Yaddaşın silinməyən yaraları” mövzularda xatirə gecələri, tematik gecələr, söhbətlər, məruzələr və s. mövzularda tədbirlər keçirilmişdir.\r\n\r\n(ardı gələn sayımızda)\r\n\r\nMəzahir ƏHMƏDOĞLU\r\nAzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 119
  • 77
  • 1,296
  • 4,015
ILK-10 Azeri Website Directory