“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu\r\n\r\nAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:\r\n“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945; № 11, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:\r\n1. 31.5-ci maddədə “müddətləri və cədvəli” sözləri “müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı” sözləri ilə əvəz edilsin;\r\n2. 31.6-cı maddənin ikinci cümləsində “qulluqçusunun” sözü “qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun” sözləri ilə əvəz edilsin;\r\n3. 31.16-cı maddəyə “bir nüsxədə” sözlərindən əvvəl “, habelə attestasiya zamanı verilən suallar və cavablar” sözləri əlavə edilsin;\r\n4. Aşağıdakı məzmunda 31.22-ci maddə əlavə edilsin:\r\n“31.22. Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.\r\n\r\nİlham ƏLİYEV,\r\n Azərbaycan Respublikasının Prezidenti\r\n Bakı şəhəri, 30 dekabr 2014-cü il

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 42
  • 13
  • 1,180
  • 4,940
ILK-10 Azeri Website Directory