Ramiz Mehdiyev üçün əlamətdar gün

Bu gün Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri; Azərbaycan Milli Elmlər Akademiyasının akedemiki Ramiz Mehdiyevin doğum günüdür. “Qafqazinfo”nun məlumatına görə, o, 17 aprel 1938-ci ildə Bakışəhərində anadan olub.

\r\n

 1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Xəzər neftdonanma”nın idarəsinin gəmilərində maşinist işləyib.

\r\n

 1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə daxil olub. 1965-ci ildə beşinci kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nin tələbəşöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür, 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib.

\r\n

 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakultəsinin aspiranturasına daxil olur. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edir.

\r\n

 1972-ci ildə ADU-nun elmi kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında təbliğat təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur.

\r\n

 1976-cı ildə Azər.KPMK –nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.

\r\n

 1978-ci ildə 26 Bakı komisarı RK-nə birinci katib seçilir.

\r\n

 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir, 1981-ci ilin yanvarında isə Azərbaycan KPMK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilir.1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar vəİnformasiya İnistitutuna şöbə müdiri işləyir.

\r\n

 1993-cü ildən fəlsəfə elmləri doktorudur.

\r\n

 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilir. 2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərləəlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir.

\r\n

 Həqiqi Dövlət müşaviridir.

\r\n

 2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib.

\r\n

 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı).

\r\n

 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilmişdir.

\r\n

 2008-ci ildə mart ayında “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı yeni kitabıçapdan çıxıb.

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory