Zakir Həsənov: “Düşmən vahimə içindədir” (FOTO)

1Cəbhə bölgəsində yerləşən hərbi hissələrə döyüş bayraqları təqdim olunub\r\n\r\nCəbhə bölgəsində yerləşən hərbi hissələrə döyüş bayraqları təqdim olunub.\r\nMüdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.\r\nƏvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.\r\n2Sonra müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.\r\nTəntənəli mərasimdə çıxış edən birlik komandiri general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi minnətdarlığını bildirib.\r\nƏlamətdar gün münasibətilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyəti təbrik edərək deyib: “Bu gün sizin hərbi hissələrə döyüş bayraqları təqdim olundu.3 Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Döyüş bayrağı hərbi hissənin şərəf və şöhrət rəmzidir. Biz istəyirik ki, döyüş bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik!\r\nBu gün Silahlı Qüvvələrimiz Möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib 4çıxarır.\r\nBiz xüsusilə qeyd etmək istəyirik ki, ön cəbhədəki qəhrəman əsgər və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir. Düşmənin uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir. Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər yaradır.\r\nBir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad edəcəyik. Möhtərəm cənab Prezident xüsusi qeyd edib: “Biz heç zaman razı olmarıq ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin.Yoxsa nəticəsi 5bundan da ağır olacaq””.\r\nMüdafiə naziri qeyd edib ki, əsgərlərin hərbi birliyin xidməti döyüş fəaliyyətini yüksək qiymətləndirir: “Tam əminəm ki, siz qarşınızda duran bütün vəzifələri indiyədək olduğu kimi bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəksiniz. Bir daha sizi təbrik edir və xidmətinizdə uğurlar arzulayıram”.\r\n\r\nMərasimin sonunda hərbi hissələr təntənəli marşla tribuna önündən keçiblər.\r\n\r\n10\r\n\r\n9\r\n\r\n8\r\n\r\n7\r\n\r\n6\r\n\r\n \r\nMənbə\r\nANS PRESS

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory