Goranboy: Melioratorların peşə bayramı təntənəli keçdi.

İyunun 5-də Goranboy rayonunun meliorasiya və su təsərrüfatı işciləri öz peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Burada 5-iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü- peşə bayramı münasibətilə təşkil edilən tədbir rayonun mərkəzində, Heydər Əliyev parkında baş tutdu.\r\n\r\n\r\n\r\nMelioratorlar və digər iştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, heykəli önünə gül-çiçək dəstələri düzərək öz ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyəti aparatının məsul işçisi Rafət Qurbanov ölkə Prezidenti İlham Əliyevin melorasiya və su təsərrüfatı işçilərinə peşə bayramları münasibətilə təbrikini çatdırdı. Eyni zamanda Azərbaycan Melorasiya və Su Təsərrüfatı Naziri Əhməd Əhmədzadənin, rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin melioratorlara peşə bayramları münasibətilə  təbrik məktublarını oxudu.\r\n\r\nRafət Qurbanov ölkədə meliorasiya və su təsərrüfatının inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən geniş söhbət açdı. Qeyd etdi ki, qədim suvarma əkinçiliyi ənənələrinə malik olan Azərbaycanda müasir meliorasiya və irriqasiya işlərinə hələ keçən əsrin əvvəllərində başlanılsa da, bu sahə əsasən Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə sürətlə inkişaf edib.Həmin dövrdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi sürətlə genişlənmişdir.\r\n\r\nMəruzəçi qeyd etdi ki, Ulu Öndərin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına yönəlmiş siyasəti indi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun qayğı və diqqəti sayəsində son illərdə ölkədə su təsərrüfatı və meliorasiya sahəsinə əsaslı kapital qoyuluşu qat-qat artmışdır. Buna görə də həmin sahənin maddi-texniki bazası möhkəmləndirilmişdir. Çoxlu sayda maşın və mexanizmlər alınmış, 3000 kilometrə yaxın uzunluğunda suvarma kanallarının, 1700 kilometrə yaxın uzunluğunda kollektor-drenaj şəbəkəllərinin bərpası,yenidən qurulması və tikintisi işləri həyata keçirilmişdir.\r\n\r\nAzərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz iki nəhəng infrastruktur layhələri-Taxtakörpü su anbarının (SES-lə birlikdə), Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Şəmkirçay su anbarının (SES-lə birlikdə), eləcə də Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layhələr qisa zaman kəsiyində başa çatdırılmışdır.\r\n\r\nRespublika bücəsindən əsaslı tikintiyə ayrılan vəsait hesabına əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə Kürdəmir rayonu ərazisində Çərtəyaz, Çölərəb və Muradxanlı kəndlərinin, Ağcabədi rayonunda qış otlaqlarının suvarılması üçün kanalların tikintisi və Qayğı kanalının yenidən qurulması, Ağstafa rayonunun ərazisindəki Candar kanalından su götürən R-17 kanalının əsaslı təmiri, Yuxarı Qarabağ kanalı maşın qolunun və Qazax rayonunun Şıxlı arxının yenidən qurulması, bizim Goranboy rayonunda “ Xanarx” beton kanalının bərpası və yenidən qurulması işləri normal qaydada davam etdirlimişdir.\r\n\r\nTovuz,Şəki,Cəlilabad, Füzuli rayonlarının əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə qlobal işlər görülmüşdür. Həyata keçirilən tədbirlər sayəsində 10545 hektar sahənin su ilə təminatı mümkün olmuşdur.\r\n\r\nÖlkə meliatorlarının fəaliyyətindən ətraflı söhbət açan məruzəçi Qərb zonasının iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edəcək “Şəmkirçay çayı üzərində dəryaçanın tikinisi” kompleksi layhəsinə daxil olan  Şəmkirçay su anbarının su-elektrik stansiyası ilə birlikdə tikintisi başa çatrılmış və 2014-cü ilin Noyabır ayının 15-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmişdir.\r\n\r\nYığıncaqda qeyd edildi ki, Şəmkirçay su anbarının tikintisinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahənin istifadəyə verilməsi, eləcə də Gəncə şəhərinin, Şəmkir və Samux rayonlarının içməli su ilə təmin edilməsi və ildə 56 milyon KVT elektrik enerjisinin istehsal edilməsi mümkün olacaq.\r\n\r\nMəruzəçi Azərbaycanın ayrı-ayrı bölgələrində meliorasiya və su təsərrüfatı obyektlərinin genişləndirilməsi, əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində ölkədə, o cümlədən Goranboy rayonunda görülən işlər, qazanılan uğurlar barədə melioratorlara ətraflı məlumat verdi…\r\n\r\nSöz Rayon Suvarma Sistemləri İdarəsinin  müdiri Gündüz Bağırova verildi. O, Azərbaycanın və rayonun meliorasiya və su təsərrüfatı işçilərinə göstərilən qayğı və diqqətə görə rəhbərlik etdiyi kollektiv adından və öz adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Eyni zamanda Azərabaycan Meliorasiya və Su Təsərrüfatı Naziri Əhməd Əhmədzadəyə, rayon icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevə kollektiv adından təşəkkür etdi.\r\n\r\nMelioratorların 5 iyun-peşə bayramı münasibətilə keçirilən yığıncaqda daha sonra söz Goranboy Rayon Su Artezian Quyularının İstismarı idarəsinin rəisi Rauf Teyyubova verildi. O, rayon melioratorları üçün yaradılan şəraitdən, son illər görülmüş işlər sayəsində qazanılan uğurlardan “ Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə”, “Sudan istifadə edənlər Birliklərinin İnkişafına Dəstək layihəsi”, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” və sair barədə danışdı,qarşıda duran vəzifələri açıqladı.\r\n\r\nYığıncağın sonunda əməkdə fərqlənən bir qurup melioratora fəxri fərmanlar və, pul mükafatları verildi.\r\n\r\n B.Hüseynoğlu.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 40
  • 11
  • 1,178
  • 4,938
ILK-10 Azeri Website Directory