Ekspertlər: Uşaqları kompyuter, planşet və smartfonlardan qoruyun

\r\n\r\n

Alimlər valideynlərə xəbərdarlıq edir.\r\n\r\nAZƏRTAC “The Daily Mail”ə istinadla xəbər verir ki, elm adamları valideynləri ciddi xəbərdarliq edir. Tədqiqatçıların qənaətinə görə, uşaqlar gün ərzində kompyuter, planşet və smartfonlardan 30 dəqiqədən artıq istifadə etməməlidir. Əks təqdirdə valideynlər bilməlidir ki, azyaşlı uşaqlar başını elektron cihazlarla yarım saatdan çox qatarsa, onlar 10-15 il sonra kəskin xroniki xəstəlikdən, osteoxondrozdan əziyyət çəkəcəklər.\r\n\r\nAraşdırmalar göstərir ki, bura ilk növbədə fəqərə sütunu, bel, boyun və baş ağrıları daxildir. Uşaqlar 30 dəqiqədən sonra yerindən qalxmalı, hərəkət etməli və həmin gün elektron avadanlıqlardan uzaq durmalıdır. Mütəxəssislərin fikrincə, kompyuter, planşet və smartfonlardan vaxtsız istifadə azyaşlılarda görmə qabiliyyətinin də pozulmasına gətirib çıxarır. Birinci sinif şagirdləri arasında hər 10 nəfərdən biri göz zəifliyindən əziyyət çəkir. Əvvəlki illərlə müqayisədə hazırda məktəbə gedən eynəkli şagirdlərin sayı 10 faiz təşkil edir. Bu isə azyaşlı uşaqlar arasında göz xəstəliyinin artmasından xəbər verir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 1
  • 94
  • 51
  • 1,332
  • 5,012
ILK-10 Azeri Website Directory