AQRAR SAHƏ

VAXTINDA VƏ İTKİSİZ

\r\n

 Möhtərəm Prezidentimiz İham Əliyev cənabları 2015-ci ili ölkəmizdə “Kənd təsərrüfatı ili” elan etmişdir. Söz yox ki, dövlət başçısının  bu müdrik addımı  ölkədə  kənd təsərrüfatı sektoruna  xüsusi diqqət və qayğı göstərilməklə  ərzaq bolluğu  yaradılmasına   hesablanmışdır.

\r\n\r\n

Təkcə onu demək kifayətdir ki,bu sahəni fəaliyyətinin  əsas prioritetinə çevirmiş möhtərəm  Prezidentimizin əmr, gəstəriş və sərəncamları ilə qısa zaman ərzində Respublika Kənd Təsərrüfatı  Nazirliyinin  nəzdindəki “Aqrolizinq” ASC-nin ölkədəki mövcud nümayəndəliklərinin bir çoxunun  fəaliyyət  strukturunun genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, xarici  ölkələrdə istehsal olunan  yüksək məhsuldarlıqlı və  müasir kənd təssərüfatı texnikalarını, maşınlarının, taxılbiçən  kombaynlarının alınıb  ərzaq bolluğu  yaradanların  ixtiyarına verilməsi, yeni regional  nümayəndəliklərin  yaradılması kimi köklü islahatlar həyata keçirildi.

\r\n

“Aqrolizinq” ASC-in  Yevlax  regional  nümayəndəliyinin yaradılması da  bu qayğının əyani təcəssümüdür. Daha bir yenilik ondan ibarət oldu ki,  xaricdən,  xüsusilə Hollandiyadan, Almaniyadan alınmış taxılbiçən kombaynları, digər aqreqatları idarə etmək  üçün mexanizator kadrlarının hazırlanması üçün  regional nümayəndəliyin nəzdində  tədris-təlim kursaları açıldı.  Xaricdən gəlmiş mütəxəssislər iki aylıq təhsil dövründə həmin    texnikaların idarə olunması qaydalarını yerli mexanizatorlara öyrədərək onlara sertifikat verdilər.

\r\n

Artıq dənli bitkilərin biçini  başa  çatıb.”Aqrolizinq” ASC-inin Yevlax regional  nümayəndəliyinin cari ilin “sarı kəhrəba” məhsulunun zəmilərdən  toplanması istiqamətindəki  fəaliyyətlərinin  nəticəsi ilə bizi  nümayəndəliyin direktoru  Sədaqət Ağayev tanış etdi.  Açıqlama verərək dedi ki,  biz Yevlax da daxil olmaqla  Ağdaş, Goranboy və Xocalı rayonlarından olan kəndli-fermer təsərrüfatlarına, sahibkarlara, xüsusilə taxılçılara xidmət edirik. Öhdəmizdə  60 ədəd  müxtəlif markalı taxılbiçən kombayn var.   Kollektivimizin səyi ilə bu məsuliyyətli işin öhdəsindən vaxtında gəldik. Əlverişli hava  şəraitindən  maksimum bəhrələnərək  iyulun  1-dən 25-dək olan iş  günü ərzində biçini tamamilə başa  çatdırdıq. Sevindirici haldır ki, bu il hər hektardan 36 sentner buğda, 31 sentner arpa götürülmüşdür  ki, bu da ötən ildəkindən 5-6 sentner  çoxdur. Müvəffəqiyyətin təmin olunmasında mexanizatorlardan Mətləb Verdiyev, Şükür  Əliyev, Bəhmən Əliyev, Zahir Əliyev və başqalarının gərgin əməyi olmuşdur. Biçini uğurla başa çatdırmış  müxtəlif markalı texnikalar sürücü-mexanizatorlarımızın, çilingərlərimizin, mühəndis və texniki mütəxəssislərimizin gücü, əlbir fəaliyyəti ilə yağlanıb, sazlanıb  əsaslə təmir olunaraq növbəti   şum  və  səpin  kampaniyasına hazır vəziyyətə salınmışdır.

\r\n

Bir neçə ay da keçəcək, şum və səpin traktorlarının səsi 2016-cı ilin bol məhsulunun bünövrəsinin qoyulması  üçün yenidən ucsuz-bucaqsız əkin sahələrindən gələcək.

\r\n

Ramiz HƏMİDOV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 63
  • 35
  • 960
  • 2,789
ILK-10 Azeri Website Directory