AQRAR SAHƏ

RAYONUN  KƏND  TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN  NƏZƏRİNƏ

\r\nOnlar bilməlidirlr ki,  bundan sonra istehsalçılara güzəştlə satılmış gübrənin dəyərinin 70 faizi büdcə hesabına ödəniləcək.\r\n\r\nKənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.\r\n\r\n\r\n\r\nKənd Təssərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək bildirib ki, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2014-cü il 1 avqust tarixli qərarlarının icrasına uyğun olaraq 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 70 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir. Respublika Komissiyası 5 satıcı təşkilat, o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “GBR TRADE” MMC və “Mikro Az Feed” MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın müvaiq maddələrinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2014-cü il 1 avqust tarixli qərarlarının müvafiq maddələrinə uyğun olaraq 12333 nəfər istehsalçıya  102215,8 hektara görə güzəştlə satılmış 178414 ton mineral gübrə üçün 7 milyon 280 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə Respublika Komissiyasının qərarı və müvafiq sənədlər Maliyyə Nazirliyinə göndərilib.\r\n\r\nHazırladı:\r\n\r\nAfaq BAYRAMOVA,\r\n\r\nYevlax.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 74
  • 49
  • 1,081
  • 4,941
ILK-10 Azeri Website Directory