Ətraf mühitin qorunmasında ekoloji maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti var

\r\n

\r\n\r\n Bəzən insanlar ekoloji problemlərin yaratdığı fəsadlardan ciddi əziyyət çəkirlər. Bunun səbəbi isə onların kifayət qədər məlumatlı olmamalarıdır. Vətəndaşlar arasında təbii fəlakətlərlə mübarizə və ya təbii fəlakətlərdən qorunma qaydaları ilə bağlı qəbul olunmuş “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında ”,“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də “Ekoloji təhsil və maarifləndirmə sahəsində standartlar və iqtisadi tənzimlənmə”, “Ekoloji təhsil və maarifləndirmə sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri” və digər rəsmi sənədlərdə ekoloji maarifləndirmə məsələlərinə xüsusi diqqət yetirilmişdir.\r\n\r\n

\r\n\r\n\r\nSon illər bu sahədə atiılan uğurlu addımlar problemin həllinə öz müsbət təsirini göstərmişdir.\r\n\r\nEkologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biri olmuşdur. Bu yöndə nazirliyin həyata keçirdiyi tədbirlər müsbət nəticələr verir. İlk növbədə, əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda kütləvi tədbirlərin həyata keçirilməsini qeyd etmək lazımdır. Burada məqsəd, əsasən, insanlarda ekoloji fəlakətlərin mahiyyəti barədə müəyyən təsəvvürlər yaratmaqdır.\r\n\r\nNazirliyin məlumatına görə, təkcə ötən il Bakıda və regionlarda 1500 belə tədbir baş tutmuşdur. Ətraf mühitin vəziyyəti, bu sahədə olan problemlər, onların aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda ekoloji təbliğat xarakterli seminarlar, “dəyirmi masa”lar, görüşlər təşkil olunmuş, ekoloji təqvim günlərində tədbirlər həyata keçirilmişdir.\r\n\r\nƏtraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillərə ötürülməsi, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin, yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması məqsədilə 30-dan artıq ali təhsil müəssisəsində ətraf mühit sahəsində təhsil alan tələbələrdən ibarət “Eko- klub”lar yaradılmışdır. “Ekoklub”ların təşəbbüsü ilə tələbələr üçün Geologiya muzeyi, milli parklar, Kür-Araz ovalığında yaşayan əhalinin təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə quraşdırılmış sutəmizləyici qurğular, Xəzərətrafı mühitin mühafizəsi sisteminin yaxşılaşdırılması vəziyyəti ilə tanışlıq üçün ekskursiyalar təşkil edilmişdir.\r\n\r\nAzərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının, müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar keçirilən “Uşaq aylığı” və “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil edilmişdir. Bu tədbirlərdə ekoloji maarifləndirmə məsələlərinə də xüsusi diqqət yetirilmişdir.\r\n\r\nEyni zamanda, Bakı, Gəncə və Qazax şəhərlərində Orxus ictimai ekoloji informasiya mərkəzlərində ətraf mühitə dair siyasətin formalaşması istiqamətində hökumət və qeyri-hökumət təşkilatları arasında görüşlər təşkil edilmiş, bu sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar arasında əlaqə yaradılmasına kömək göstərilmişdir.\r\n\r\nƏtraf mühit problemlərinin həllində vətəndaş məsuliyyətinin gücləndirilməsi, əhalinin ekoloji şüur səviyyəsinin artırılması bu istiqamətdə həyata keçirilən layihələrin daha səmərəli və nəticələrinin dayanıqlı olmasına zəmin yaradır.\r\n\r\nHeydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəmiz bir ağac əkək!” devizi ilə keçirilən aksiyalarda da milyonlarla ağac və kol bitkiləri əkilmişdir ki, bu da ekoloji maarifləndirmə üçün ən gözəl nümunədir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət edir.\r\n\r\nIDEA-nın təşkilatçılığı ilə Azərbaycan Ətraf Mühit Forumu yüksək səviyyədə keçirilmişdir. 2014-cü il 7 may tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir ki, bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədi daşıyırdı. Keçirilən layihələrdə məqsəd gənclərin və beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etməkdir. Belə tədbirlər əhalinin, xüsusilə gənclərin ekoloji maarifləndirilməsi üçün də çox əhəmiyyətlidir.\r\n\r\nBu gün əhalinin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. İnanırıq ki, əhali arasında genişmiqyaslı maarifəndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaqdır.\r\n\r\nM.MÜKƏRRƏMOĞLU.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 75
  • 50
  • 1,082
  • 4,942
ILK-10 Azeri Website Directory