Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

25 avqust 2015-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirildi.\r\nKonfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etdilər.\r\n\r\nDaşkəsən rayon İH-nin başçısı Əhəd Abıyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir haqqında qısa məlumat verərək , konfransın işinə uğurlar arzuladı. Əhəd Abıyev xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərindən və onun qorunmasından, ölkəmizdə hökm sürən və bütün dünyaya nümunə olan tolerantlıq mühitindən danışdı. Rayon ərazisində bütün dinlərə olan eyni, bərabər münasibət, yaradılan şərait barədə Əhəd Abıyev ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir.\r\nƏhəd Abıyev qeyd etmişdir ki, Azərbaycan dövlət müstəqilliyini  bərpa etdikdən sonra  ölkəmizdə din-dövlət münasibətlərinin yeni istiqaməti formalaşmış, respublikamızda dini tolerantlığın  daha da inkişaf etdirilməsində hüquqi baza yaranmışdır.\r\nUlu öndər Heydər Əlyev başqa dinlərə qarşı dözümlülük və tolerantlıq  münasibətlərini həmişə qoruyub saxlamışdır. Ulu öndər Azərbaycanda yaşayan dini icmalara həmişə  hörmət və ehtiram göstərmiş, onların dini bayramlarını  təbrik etmiş,  adət-ənənələrinə  qayğı ilə yanaşmışdır.\r\nBu gün bu ənənəni  möhtərəm Prezidentimiz cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir.  İndi respublikamızın ayrı-ayrı bölgələrində yeni məscidlərin inşa edilməsi, kilsə və sinaqoqların  təmir edilməsi, müxtəlif dinə mənsub nümayəndələrin iştirakı ilə mövzuda beynəlxalq konfransların keçirilməsi buna əyani sübutdur.\r\nQeyd olunmuşdur ki, ölkəmizin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində  Konstitusiya prinsiplərinin  qorunması təmin edilmişdir. Milli və dini ayrı seçkiliyə, Azərbaycanda yad olan təriqətlərə qarşı iş aparılmışdır.\r\nƏhəd Abıyev daha sonra qeyd etmişdir ki, Daşkəsən rayonunda bir məscid və islam təmayüllü bir dini icma  fəaliyyət göstərir. Eyni zamanda rayonda 12 pir və 4 ziyarətgah vardır.\r\nƏhəd Abıyevin sözlərinə görə, rayon ərazisində Azərbaycan Respublikasıının  Dini etiqad azadlığı haqqında Qanunun tələblərinə zidd heç bir  hərəkətə yol verilməmiş, vəhabilik, nurçuluq və qeyri-ənənəvi islam təriqətləri və cərəyanlarının fəaliyyəti müşahidə olunmamışdır. Daşkəsən şəhər “Cümə”  məscidi 2006-cı ilin sentyabr ayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  tikilib.\r\nDaşkəsən şəhər “Cümə” məscidinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, məscidə ali dini təhsilli rəhbərliyin təyin olunması da təmin edilmişdir.\r\nDaşkəsən rayon dindarlarının dini icması  19 may 2006-cı il tarixdə  Dini qurumlarla iş üzrə  Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır.\r\nƏhəd Abıyev vurğulamışdır ki,  Daşkəsən rayonunda “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarəti  gücləndirmək, dini  sahə ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlərin  həyata keçirilməsini  təmin etmək məqsədi ilə İcra Hakimiyyəti başçısı yanında Dini məsələlər  üzrə komissiya yaradılmışdır.  Bu komissiya rayonda dini mərasimlərin  keçirilməsinə nəzarət funksiyasını təmin edir.\r\nTədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərindən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasından, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən bəhs edib.\r\nAzərbaycanın dinamik inkişaf yolunda olduğunu vurğulayan Mübariz Qurbanlı qeyd etmişdir ki, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük nəticələr əldə etdiyini qeyd edirlər. Bir məsələ də xüsusi vurğulanmışdır ki, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi yüksək göstəricilər dövlətin digər sahələrdəki uğurları ilə də səsləşməlidir: “Biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Yəni cəmiyyətin sosial-siyasi həyatında baş verən dəyişikliklər istər-istəməz digər sahələrə də öz təsirini göstərir. Biz iqtisadi sahədə keçid dövrünü arxada qoymuşuq.\r\nAzərbaycan dünyəvi dövlətdir və müstəqilliyinin dönməzliyini tam təmin edib. Ancaq milli-mənəvi sahədə xalqımız yeni mərhələyə qədəm qoyur. Yəni biz zamanında siyasi-iqtisadi sahədə sovet totalitar sisteminin qalıqlarını ləğv etməklə bərabər, həmin dövrdən milli-mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq.\r\nOna görə də bu proseslər paralel getməlidir. Milli-mənəvi dəyərlər sistemində müəyyən dəyişikliklərə zərurət yaranıb.”\r\nMübariz Qurbanlı: “Dövlət-din münasibətləri dedikdə, biz ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını göz önünə gətiririk. Bu gün ölkədə 2050-dən çox məscid fəaliyyət göstərir. Eyni zamanda, xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Prezidentimiz cənab İlham Əliyev çıxışlarında bu məsələni xüsusilə vurğulayıb. Ümumiyyətlə, Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir.”- deyə, qeyd etmişdir.\r\nUlu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din siyasətinin bu gün yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdıran Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın önəmindən də danışıb.\r\nKomitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, əgər orta əsrlərdə müxtəlif dinlər arasında müharibələr aparılırdısa, bu gün islam dini içərisində münaqişələr gedir. İslam dininin genişlənməsindən narahat olan qüvvələr onun bütövlüyünü pozmağa, parçalamağa çalışırlar. Müxtəlif ölkələrdə islamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. İslam pərdəsi altında fəaliyyət göstərən bu radikal qruplar əslində islama qarşı yönəldilib.\r\nÖlkəmizdə belə qüvvələrin heç zaman məqsədlərinə çata bilməyəcəklərini vurğulayan Mübariz Qurbanlı onların qarşısının qətiyyətlə alındığını, dini radikalizmə qarşı qanun çərçivəsində mübarizə aparıldığını deyib. Bildirib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə hüquq mühafizə orqanları ilə yanaşı din xadimləri, müəllimlər də fəal olmalıdırlar. İslam dini gənclərə olduğu kimi izah edilməli, ənənəvi islami dəyərlər qorunmalıdır.\r\nKonfransda MM-in deputatı Rövşən Rzayev çıxış edərək ölkəmizdə son vaxtlar dini maarifləndirmə sahəsində mühüm tədbirlərin həyata keçirildiyini qeyd etmiş, bu cür tədbirlərin böyük əhəmiyət kəsb etdiyini nəzərə çatdırmışdır. İki gün davam edəcək konfransda “Sosial mediada dini təbliğat”, “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları”  və “Azərbaycanda missionerlik  fəaliyyəti” mövzusunda məruzələr dinlənəcəkdir.\r\n\r\nSahib Əhmədov,\r\n\r\nDaşkəsən.\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

 

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

 

\r\n

\r\n

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 33
  • 12
  • 1,290
  • 4,280
ILK-10 Azeri Website Directory