BƏXTİYAR VAHABZADƏ – 90

                                       BƏNZƏRSİZ SÖZ SAHİBİ

\r\n

 1Azərbaycan çağdaş poeziyasının fəlsəfi fikir tarixində özünəməxsus ideoloji bir xəttə malik müdrik şəxsiyyət, xalq şairi Bəxtiyar Vahabzadə əsrlər üçün əhəmiyyət kəsb edə biləcək əsərlərin müəllifi kimi yaddaşlarda iz salıb. Xalq şairi çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan tanınmış sənətkarlardandır. Onu haqlı olaraq çağdaş milli şeirimizin klassiki adlandırırlar. Azərbaycan şeirinin son yarıməsrlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.

\r\n

\r\n

Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçən Bəxtiyar burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. O, Universitetin aspiranturasında saxlanılmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

\r\n

B.Vahabzadə çağdaş poeziyamızda milli hiss, dil, azadlıq və vətən sevgisi ilə yaşayan şairlərdən olmuşdur. Sənətkar keçdiyi ömür yolunun hər mərhələsində böyük amalların, məsləklərin gerçəkləşməsində ömrünü şam kimi əritdi : “Şam əgər yanmırsa, yaşamır demək” deyən şair bir ömrün keşməkeşli, əzablı yollarında yaşayarkən yanmağın kökünü həyat eşqində, vətənə bağlılıqda dərk edirdi. Onun şeirlərinin fəlsəfəsində böyük bir hikmət dayanır. Bu hikmət Nizami Gəncəvi poeziyasından, Füzuli lirikasından, Şəhriyar şeiriyyətinin dilindən gəlirdi. Yaxın Şərq və Azərbaycan ədəbiyyatını dərindən bilən filosofların fikir dünyasını mənimsəyib, ədəbi cərəyanların əxz etdiyi ideologiyanı öyrənən B.Vahabzadə zamanla üz-üzə dayanaraq yazdığı əsərlərlə milyonlarla insanı birləşdirə bilirdi.

\r\n

Şairin köksündə azərbaycançılıq fəlsəfəsi kök salmışdı. O, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırdı. “Mənim ana dilim”  şeirini yazaraq, bu şeirlə bir kamil şəxsiyyət kimi çıxış edir.

\r\n

Şair həm də ədəbi fikrin görkəmli nümayəndəsi idi. Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin məşhur nümayəndəsi olan şair Azərbaycandan kənarda, bütün türk dünyasında tanınırdı. Şairin əsərləri – ingilis, fransız, alman, fars, polyak, ispan, macar və s. dillərə tərcümə edilib, dərc edilmişdi. Böyük şair 70 dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Onun dram əsərləri də  çox populyardır. Şairin “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Özümüzü kəsən qılınc” və s. pyesləri böyük səhnələrdə tamaşaya qoyulub.

\r\n

Məşhur şair həm də türk dünyasına sanballı töhfələr verən bir ziyalı ömrü yaşamışdır.

\r\n

Qeydə dəyər ki, B.Vahabzadə 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr etmişdi, Şair ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı  Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr vermişdir.

\r\n

Görkəmli şair, dramaturq  və ədəbiyyatşünas, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü idi.

\r\n

Görkəmli ədib, mahir pedaqoq, tanınmış ictimai xadim və filosof şair Bəxtiyar Vahabzadənin işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

\r\n

 ŞİRİN ADIGÖZƏLOVA,

\r\n

Yevlax şəhərindəki 4 nömrəli Tam Orta Məktəbin

\r\n

metodist müəllimi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 38
  • 19
  • 1,322
  • 4,279
ILK-10 Azeri Website Directory