Stasionar telefon nömrələrini xaricə daşımaq mümkün olacaq

Stasionar telefon nömrələrini xaricə daşımaq mümkün olacaq<b style="color:red"></b>\r\n\r\n“Aztelekom” MMC-də yeni “Aztelphone” xidmətinin təqdimatı keçirilib.\r\n\r\n”Aztelekom”dan “APA-Economics”ə verilən xəbərə görə, “Aztelekom” MMC stasionar rabitə tarixində bir ilkə imza atıb.\r\n”Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov bildirib ki, yeni yaradılan və analoqu olmayan “Aztelphone”  xidməti vasitəsilə Bakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər.\r\nİKTŞ-nin müdiri Ədalət Abbasov bildirib ki, “Aztelekom” MMC həmişə olduğu kimi, daim öz abunəçilərinin yüksək keyfiyyətli rabitə ilə təmin olunmasını qarşısına məqsəd qoyub. “Azərbaycan vətəndaşları xaricə gedərkən, rabitədən istifadə etmək üçün məcburdurlar ki, rouminq xidmətinə keçsinlər. Bu da abunəçilərə əlavə xərclər bahasına başa gəlir. Bu xidmətin yaradılmasında da əsas məqsəd xaricdə olarkən abunəçilərin az pulla çox danışmasını təmin etməkdir”, – deyə Ə.Abbasov qeyd edib.\r\nŞöbə müdiri bildirib ki, “Aztelphone” xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə (smartfon mobil telefonuna, kompüterə, Planşetə və s) yükləməklə, daşınan telefon nömrəsində “zənglərin şərtsiz yönləndirməsi” servisini aktivləşdirib istər respublika daxilində, istərsə də xarici ölkədə  internet şəbəkəsi olan hər hansı ərazidə daxil olan zəngləri qəbul etmək və yaxud bu nömrədən istənilən istiqamətlərə zəng etmək imkanına malik olur. Bu zaman lokal şəbəkədəki mənzil və ya xidməti telefonlarında olduğu kimi daşınan nömrədə də  istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır.\r\nMobil operatorların “Rouminq” xidmətindən fərqli olaraq “Aztelphone” xidmətindən xarici ölkələrdə istifadə zamanı hər hansı “Rouminq” və yaxud da bu xarakterli müqavilələrə ehtiyac yoxdur, yəni xidmət ödənişsizdir. Sadəcə daşınan (məsələn 346 xxxx nömrəsi) sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda  internet şəbəkəsinin olması kifayət edir ki, xidmət aktivləşsin. Təbii ki, mehmanxana və s. yerlərdə də internet xidməti pulsuz olduğundan  əlavə internet haqqının da ödənilməsinə ehtiyac qalmır.\r\nXidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilərlər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon, planşet və ya kompyuter) yazılan “Aztelphone” proqramı vasitəsilə daşınır”.\r\nŞöbə müdiri onu da əlavə edib ki, abunəçi ölkə xaricində və  respublikanın istənilən bölgəsində olduqda da ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər  indiyədək tətbiq edilən mövcud  tariflərə uyğun hesablanır. Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Eyni zamanda, Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə bir dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu “Aztelphone” xidmətinə yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq.\r\nBir daha xatırladaq ki, bu xidmətə bütün  sabit telefon şəbəkə abunəçiləri qoşula biləcək və xidmətdən bütün növ smartfon istifadəçiləri də yararlanacaqlar.\r\nXidmətin aylıq abunə haqqı isə 20 manatdır.\r\nDaha ətraflı məlumat almaq 344-00-00 (daxili 305 və ya 280)-ə üçün zəng edə bilərsiniz.\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory