“Sosial şəbəkələrdə seçki təbliğatının qurulması” mövzusunda tədbir keçirildi

Sentyabrın 17-də  Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında “Sosial şəbəkələrdə seçki təbliğatının qurulması” mövzusunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon icra nümayəndəliklərinin, rayon bələdiyyələrinin sosial şəbəkədəki səhifələrinin adminstratorları və fəal gənclər iştirak etdilər.\r\n\r\n\r\n\r\nİlk öncə çıxış edən  YAP Binəqədi rayon təşkilatının sədri  Ramiz Göyüşov YAP Binəqədi rayon təşkilatı tərəfindən bir neçə ərazi ilk partiya təşkilatında gənclər birliklərinin yaradıldığını diqqətə çatdırdı. Daha sonra o, Milli Məclisə növbəti seçkilərə hazırlıq məsələlərinə toxunaraq, partiyanın gənclərini seçki prosesində daha mütəşəkkil şəkildə birləşməyə və ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirməyə çağırdı.\r\n\r\nSonra çıxış edən  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva mövzunun əhəmiyyətini vurğulayaraq gənclərin bu sahədə üzərinə daha böyük məsuliyyət düşdüyünü qeyd etdi. Eyni zamanda A.Əliyeva təbliğatın qurulması işini asanlaşdırılacaq operativ qrupun yaradılması haqqında məlumat verdi.\r\n\r\nTədbirin ikinci hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova “Sosial şəbəkələrdə seçki təbliğatının qurulması” mövzusunda söhbət apardı.\r\n\r\nDaha sonra YAP Binəqədi rayon təşkilatı aparatının rəhbəri Sevinc Abdullayeva və YAP Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə təkliflərlə çıxış etdilər.\r\n\r\nÇıxışlardan sonra  sosial şəbəkə administratorlarının təklifləri dinlənildi.\r\n\r\nMahmud Məmmədzadə,\r\n\r\nBinəqədi rayonu.\r\n\r\n\r\n\r\n

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 30
  • 23
  • 2,227
  • 4,326
ILK-10 Azeri Website Directory