Qarabağlı gənc Türkiyədə birinci yeri tutdu

200 il əvvəl Qarabağı tərk etmiş soydaşlarımız Konyada qurduğu Qarabağ\r\n\r\n\r\n\r\nTürkiyədə Ali Məktəbə qəbul imtahanında (YGS) azərbaycanlı birinci olub. “Qafqazinfo”nun türk mətbutına istinadən verdiyi məlumata görə, YGS-də bütün suallara doğru cavab verən Konyanın “Özəl Merve Büyükkoyuncu Fen Lis”nin şagirdi olan Abdullah Coşğun 500 bal toplayaraq Türkiyə birincisi oldu. A. Coşğun bu uğurunu ailəsəinə həsr etdiyini söyləyib: “İki ildi sistemli şəkildə imtahana hazırlaşıram. Bu əməyimin qarşılığını aldığım üçün çox sevinirəm”. A. Coşğun imtahana hazırlıq müddətində kompüterdən istifadə etmədiyini deyib.\r\n\r\nHədəfinin tibb fakültəsində oxumaq olduğunu deyən A. Coşğun hələ oxuyacağı universiteti dəqiq seçmədiyini bildirib: “Konyada qalıb oxumaq qərari alsam Mevlana Universitetini seçəcəm”\r\n\r\nQeyd edək ki, A. Coşğun Tükiyənin Konya şəhərinin Qarabağ kəndindəndir və bu kəndin sakinləri 200 il əvvəl Azərbaycanın Qarabağ bölgəsindən köç etmiş azərbacyanlılardır.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 29
  • 15
  • 1,189
  • 4,900
ILK-10 Azeri Website Directory