Binəqədi rayonunda Qurban bayramı münasibətilə humanitar aksiya keçirildi

Sentyabrın 22-23-də  İslam dünyasının ən əziz bayramlarından sayılan Qurban bayramı münasibətilə Binəqədi rayonunda humanitar aksiya keçirildi.\r\n\r\nBinəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə, tənha ahıllara və aztəminatlı ailələrə Qurban sovqatı paylandı.\r\n\r\n\r\n\r\nBinəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərlər aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də Binəqədi sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığını vurğulayaraq belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğunu qeyd etdilər.\r\n\r\nQurban Bayramı münasibətilə ümumilikdə rayon ərazisində keçirilən humanitar aksiya çərçivəsində 1500-dən artıq ailəyə qurban əti paylanıldı.\r\n\r\nAygül Vidadiqızı.\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 30
  • 23
  • 2,227
  • 4,326
ILK-10 Azeri Website Directory