Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib

\r\n\r\n

Sentyabrın 27-də Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib.\r\n\r\nAZƏRTAC xəbər verir ki, dünyanın tanınmış onkoloqlarının qatıldıqları konfransın iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.\r\n\r\n“Ramada Plaza” otelində keçirilən elmi konfransı giriş sözü ilə açan respublikanın baş onkoloqu Azad Kərimli alimlər, tədqiqatçılar və həkimlər arasında əməkdaşlıq əlaqələrinin qurulması, səhiyyə sahəsində ən son nailiyyətlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də qazanılan uğurların geniş təbliği baxımından tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.\r\n\r\n\r\n\r\nElmi konfransda Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyevin “Xərçəng xəstəliyi müalicəsinin gələcəyi” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Professor bu xəstəliklə mübarizənin Azərbaycanda müasir standartlar səviyyəsində aparıldığını diqqətə çatdırıb. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində inşa olunan və ən müasir tibbi avadanlıqla təchiz olunan Milli Onkologiya Mərkəzində həyata keçirdiyi unikal əməliyyatlardan danışan Əziz Əliyev həmin əməliyyatların videogörüntülərini konfrans iştirakçılarına təqdim edib.\r\n\r\nSonra Milli Onkologiya Mərkəzinin əməkdaşları, şüa terapiyası şöbəsinin müdiri, professor İsa İsayev, mərkəzin radionuklid diaqnostikası şöbəsinin müdiri Fuad Əliyev, uroonkologiya şöbəsinin müdiri Fuad Quliyev, abdominal onkologiya şöbəsinin müdiri Niyazi Əsgərov, Fransa Rekonstruktiv Cərrahiyyə Klinikasının professoru Axel Feller Heithman, Böyük Britaniyanın Bekingem Universitetinin tibb fakultəsinin dekanı, professor Karol Sikora və başqaları xərçəng xəstəliyni törədən səbəblər və ona qarşı aparılması vacib olan müalicə və əməliyyatlarla bağlı çıxışlar ediblər.\r\n\r\nBeynəlxalq konfransda Azərbaycanın və Avropanın elm, səhiyyə və tibb sahəsində ən son nailiyyətləri əhatə edən, həmçinin diaqnostika məsələlərinə, xüsusilə süd vəzi xərçənginin müalicəsi və irekonstruktiv cərrahiyyəsinə, uşaq onkologiyasına, baş və boyun xərcəngi xəstəliklərinə, uroonkoloji, onkoginekoloji, kolorektal xərçənginə qarşı aparılan müasir müalicə üsulları ətrafında fikir mübadiləsi aparılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory