DƏRMANLARIN QİYMƏTİ OPTİMAL SƏVİYYƏDƏ OLACAQ

“Qanunvericiliyə əsasən sadəcə satışda olan dərman vasitələrinin deyil, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənməlidir. Belə ki, beynlxalq təcrübədə də  dövlət qeydiyyatından keçmiş dərman vasitələri adətən aktiv və passiv dərman vasitələri olmaqla 2 qrupa ayrılır. Faktiki satışda olan dərman vasitələri aktiv, satışda olmayanlar isə passiv dərman vasitələri adlanır”. Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib.

\r\n\r\n

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilmişdir və əlavə qiymətlər təsdiq olunduqca yenilənir.

\r\n

İstehlakçılar qiymət cədvəli ilə tanış olduqda həmin dərmanın qiyməti ilə yanaşı tərkibi, eyni xəstəliklərin müalicəsi baxımından hansı alternativlərinin olduğu və hansı ölkədə istehsal edildiyi barədə məlumat ala bilirlər. Çünki dərman vasitələrinin qiymətləri məhz onların tərkibləri nəzərə alınaraq, optimal səviyyədə müəyyən olunur.

\r\n

O da məlumdur ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, “tanıtma xərcləri”ni artıraraq hər hansı bir adda dərmanı 3-5 dəfə, bəzən 8-10 dəfəyədək baha qiymətə satmaqla məşğul olan “marketinq firmaları”nın imkanlarını məhdudlaşdırır və həmin firmalar hazırkı şərtlərlə razılaşmaya və həmin adda olan dərmanı ölkəyə gətirməyə bilərlər. Buna baxmayaraq, dünyanın aparıcı şirkətlərinin istehsalı olan və həmin dərmanla eyni tərkibə malik çox adda dərmanlar ölkəmizə idxal olunur və vətəndaşlar bu dərmanları daha optimal və aşağı qiymətə alacaqlar.

\r\n

Tənzimləmə prosesi istehlakçıların maariflənməsini, dərman vasitəsinin ticarət adından asılılığının tədricən aradan qalxmasını zəruri edir. Bu çərçivədə həm həkimlər, həm də apteklərdə çalışan əczaçılar öz sosial və peşə məsuliyyətlərinə uyğun olaraq əhalinin maariflənməsinə öz töhfələrini verməlidirlər.

\r\n

Hazırladı: Natiq CƏFƏROV,

\r\nYevlax.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 91
  • 48
  • 1,329
  • 5,009
ILK-10 Azeri Website Directory