Nazir müavinindən müəllimlərin şagirdləri döyməsi faktlarına münasibət

Nazir müavinindən müəllimlərin şagirdləri döyməsi faktlarına münasibət<b style="color:red"></b>\r\n\r\n“İstənilən halda müəllimin şagirdi vurması qəbuledilməzdir”.\r\n\r\n”Report”un xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov son günlər bəzi məktəblərdə müəllimlərin şagirdləri döyməsi yer alan videogörüntülərə bildirərkən deyib.\r\n\r\nNazir müavininin sözlərinə görə, müəllimin şagirdi vurması normal hesab olunmur: “Hər bir müəllimin bilməli olduğu etik qaydalar var. Hansı ki, bu qaydalar Təhsil Nazirliyi tərəfindən tətbiq edilir. Hər bir müəllim öz fəaliyyətində bunu olduğu kimi rəhbər tutmalıdır.\r\n\r\nMüəllimin şagirdi döyməsi hallarında isə məktəb rəhbərliyi tərəfindən, ehtiyac olan təqdirdə isə Təhsil Nazirliyi və aidiyyəti təhsil orqanları tərəfindən məsələ araşdırılır və müvafiq tədbirlər görülür”.\r\n\r\nQeyd edək ki, son bir ayda iki məktəbdə – Sumqayıt şəhəri 22 saylı məktəbdə və Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə müəllimlərin şagirdi döyməsi faktı ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Təhsil Nazirliyi hadisəni araşdırdıqdan sonra “Təhsil haqqında” qanunun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edən, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verdiyinə görə Sumqayıt şəhəri 22 saylı məktəbin tarix müəllimi İ.Hüseynovun işdən çıxarılması barədə qərar qəbul etmişdi.\r\n\r\nXırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb. Baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory