“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə\r\n\r\n“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilib.\r\n\r\nAZƏRTAC xəbər verir ki, Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratmalı, onların dislokasiyasını və sayını müəyyən etməlidir.\r\n\r\nNazirlik, həmçinin tibbi-sosial ekspert komissiyalarının tərkibini, ştat cədvəlini və xərclər smetasını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etməlidir.\r\n\r\nƏsasnamədə ümumi müddəalarla yanaşı, tibbi-sosial ekspert komissiyalarının təşkili, vəzifələri və hüquqları, komissiyalarda müayinə qaydaları, əlillik müddətinin müəyyən edilməsi və komissiyaların qərarlarından şikayət qaydaları kimi müddəalar öz əksini tapıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory