“QAN VER, YAŞAT!” DEVİZİ ALTINDA NÖVBƏTİ KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

  Bu gün Mərkəzi Elmi Kitabxananda bu təşkilatın təşəbbüsü, Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin və B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi altında növbəti könüllü qanvermə aksiyası keçirilib.\r\n\r\nQızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə humanitar aksiyanın məqsəd və əhəmiyyətindən danışıb. “Aksiyanın Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı, görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinskinin doğum günündə keçirilməsinin heç də təsadüfi olmadığını bildirib.\r\n\r\n\r\nCəmiyyətin AMEA bölməsinin sədri Ceyran Nağıyeva aksiyanın Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan Azərbaycan  Ordusu əsgərlərinə yardım, həmçinin talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsi məqsədilə keçirildiyini bildirib.\r\nDaha sonra aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən qan analizi aparılaraq müəyyən olunub və qan götürülüb.\r\nHumanist xarakterli aksiyada Mərkəzi Elmi Kitabxana, eləcə də AMEA-nın digər elmi müəssisələrindən əməkdaşlar yüksək fəallıqla və könüllü olaraq iştirak ediblər.\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\nAMEA Mərkəzi Elmi Kitabxana\r\nMətbuat xidməti

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 90
  • 47
  • 1,328
  • 5,008
ILK-10 Azeri Website Directory